Icma.az
close
up
RU
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir Möcüzə mümkün deyil

Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir Möcüzə mümkün deyil

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Ağıllı işıqforlar ənənəvi işıqforlarla müqayisədə daha effektivdir. Onlar müəyyən gecikmələri azalda və pik saatlarda hərəkətin daha səmərəli tənzimlənməsinə kömək edə bilər. Lakin bu o demək deyil ki, süni intellektlə idarə olunan ağıllı işıqforlar bir anda möcüzə yaradaraq yollardakı sıxlığı tam aradan qaldıracaq. Bu mümkün deyil. Çünki yol infrastrukturu və avtomobil axınının həcmi də buna imkan verməlidir. Yol polisinin rolu isə hər halda qalır və qalmalıdır. İnsan faktoru burada həlledici rol oynayır. Texniki vasitələr qayda pozuntusunu qeydə ala bilər, lakin onun hüquqi qiymətləndirilməsi, hansı səbəbdən baş verməsi, doğrudan da pozuntu olub-olmaması və qanunvericiliyin hansı maddəsinə uyğun gəlməsi kimi məsələləri polis əməkdaşları müəyyən edir".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O, bildirib ki, texnologiya nə qədər inkişaf etmiş olsa da, hüquqi qiymətləndirməni tam həyata keçirə bilməz:
"Məsələn, kütləvi tədbirlər, yolun bağlanması və ya fövqəladə hallar zamanı mütləq insan müdaxiləsinə ehtiyac yaranır. Belə sistemlər daha çox sıxlıq olan küçələrdə, bir neçə küçənin kəsişdiyi ərazilərdə, çoxzolaqlı yollarda və xüsusilə pik saatlarda daha effektiv olur. Gələcəkdə onların əsasən yüklənmə olan ərazilərdə quraşdırılması məqsədəuyğundur və praktikada da bu istiqamətdə addımlar atılır. Eyni zamanda qəza ocaqları olan ərazilərdə də bu sistemlərin tətbiqi daha səmərəli nəticə verə bilər. Lakin bilinməlidir ki, ağıllı işıqforlar mövcud yol polisinə alternativ deyil. Onlar sadəcə hərəkətin tənzimlənməsində köməkçi alət rolunu oynayır və nəqliyyat axınının optimallaşdırılmasına xidmət edir".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin, eləcə də Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişmələrində pilot layihə çərçivəsində 115 nömrəli tam orta məktəbin qarşısındakı piyada keçidi də daxil olmaqla ümumilikdə 8 kəsişmədə süni intellekt əsaslı “ağıllı işıqfor” sistemi sınaq rejimində tətbiq edilir. Sistem sensor, kamera və radarlar vasitəsilə nəqliyyat axınını real vaxt rejimində analiz edərək yaşıl işığın müddətini avtomatik tənzimləyir, sıxlıq və qəza hallarında buraxılış qabiliyyətini artırır, nəqliyyat zəif olduqda isə lazımsız gözləməni minimuma endirir və təhlükəsizlik amilini prioritet saxlayır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri