Icma.az
close
up
RU
Süni İntellekt dövlət qurumlarına necə təsir edir? “Xərc 20 manatdan 8 ə düşübsə...”

Süni İntellekt dövlət qurumlarına necə təsir edir? “Xərc 20 manatdan 8 ə düşübsə...”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Dünyaca məşhur “The Economist” jurnalında maraqlı bir araşdırma dərc edilib – “Süni İntellektin (Sİ) iqtisadi təsirlərini necə ölçməli?”. Əsas ideya budur ki: şirkətlər Sİ-dən nə qədər istifadə etdiklərini ölçməklə onun biznesə nə qədər dəyər yaratdığını ölçməyi qarışdırırlar. Məqalədən çıxan əsas dərs budur ki, Süni İntellektə xərclənən pul ilə Sİ-dən yaranan iqtisadi dəyəri müqayisə etmək lazımdır və bunlar ayrı-ayrı şeylərdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Mirkişili sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib ki, Sİ istifadəsinin artması avtomatik olaraq iqtisadi qazancın artmasına gətirib çıxarmır: “Məsələn, bir işçi Sİ sayəsində 2 saat əlavə vaxt qazanırsa, amma həmin vaxtı işinin məhsuldarlığını artırmaq əvəzinə alış-veriş etməyə sərf edirsə, o zaman əldə olunan nəticə: Sİ istifadə olunub, amma real əlavə iqtisadi dəyər yaranmayıb.

Fikrimizcə, Sİ üçün ölçü meyarı belə olmamalıdır: Neçə nəfər “ChatGPT” istifadə edir? Əsas meyar belə olmalıdır: Sİ tətbiq etdikdən sonra iqtisadi gəlir, mənfəət və ya məhsuldarlıq nə qədər dəyişib?

Bu yanaşma xüsusilə özəl şirkətlər üçün vacibdir, çünki Sİ investisiyalarında üç ayrı mərhələni fərqləndirmək lazımdır:

1. Sİ qəbul etmə: işçilər Sİ-dən istifadə edir

2. Məhsuldarlıq: eyni işi daha az vaxt və resursla görürlər

3. İqtisadi dəyər: bu məhsuldarlıq artımı real olaraq gəlirə və ya mənfəətə çevrilir.

Ən çox rast gəlinən səhv 1-ci mərhələni 3-cü mərhələ kimi qəbul etməkdir. Yəni, işçilərin Sİ-dən kütləvi istifadə etməsi iqtisadi dəyərin də avtomatik olaraq yaradılacağına inanmaqdır”.

T.Mirkişili bildirib ki, bu yanaşma dövlət qurumları üçün də keçərlidir:

“Dövlət qurumlarında Sİ-nin tətbiqini daha düzgün ölçmək üçün meyarlar isə belə ola bilər:

Məsələn:

- bir dövlət xidmətinin göstərilmə müddəti 5 gündən 2 günə düşüb;

- bir müraciətin emal xərci 20 AZN-dən 8 AZN-ə düşüb;

- əməkdaş başına emal edilən sənəd sayı 30% artıb;

- səhvlərin sayı 15% azalıb;

-eyni büdcə ilə daha çox xidmət göstərilib və s.

Yəni Sİ istifadə - proseslərin qiymətləndirilməsi - maliyyə nəticəsi əlaqəsinin qurulması səmərəlilik üçün vacib amildir.

Bu yanaşma həm də rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyində rəqəmsallaşma mövzusu ilə də birbaşa bağlıdır. Sİ strategiyasının əsas hədəfi təkcə texnologiyanı tətbiq etmək deyil, həm də Sİ investisiyalarının iqtisadi təsirini ölçməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri