Icma.az
close
up
RU
Süni intellekt dövrünün tələbəsi necə olmalıdır?.. EKSPERT

Süni intellekt dövrünün tələbəsi necə olmalıdır?.. EKSPERT

Icma.az, Moderator.az saytına istinadən bildirir.

(Universitetə yeni qəbul edilən tələbələr  üçün  tövsiyələr...)

"Tələbə tapşırığı Sİ-yə verir, cavab alır və təqdim edir. Bu, qısamüddətli rahatlıqdır, lakin uzunmüddətli dövrdə intellektual iflasdır. Tələbə belə etdikdə öz idrakını zəiflədir

“Sİ hər şeyi bilir, kitab oxumağa ehtiyac yoxdur” düşüncəsi köklü səhvdir. Əksinə, Sİ dövründə dərin oxu vacibdir..."

““Wikipedia” və  Sİ  cavabı başlanğıc nöqtəsi ola bilər, lakin elmi nəticənin son mənbəyi deyil...”

"Universitet illərində şəxsi portfolio yarat. Diplom gələcəkdə kifayət etməyə bilər. Tələbə  I kursdan şəxsi rəqımsal portfolio yaratmalıdır..."

"Tələbə müəllimdən “imtahanda nə düşəcək?” soruşmamalı, daha ciddi suallar verməlidir. Məsələn..."  

"Birinci kursdan tədqiqatçı olmağa çalış. Azərbaycan universitetlərinin əsas problemlərindən biri tələbənin tədqiqat prosesinə çox gec cəlb olunmasıdır..."

"I kurs tələbəsi seçim etməlidir:  Sİ  mənim yerimə düşünəcək,  yoxsa mən Sİ-dən istifadə edərək daha yaxşı düşünəcəm?.."

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır?..” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Universitetə qəbul olmaq  daim  Azərbaycan təhsil sistemində əsas  hədəf  olmuşdur. Süni intellekt (Sİ) dövründə universitetə daxil olmaq son məqsəd yox, öyrənmənin yeni, daha mühüm bir mərhələsidir. Əvvəllər tələbənin əsas üstünlüyü onun  çox bilməsi idisə, indi əsas üstünlük məlumatı düzgün seçmək, yoxlamaq,  əlaqələndirmək və yeni biliyə çevirməkdir.

ChatGPT, Gemini, Claude və digər generativ Sİ sistemləri mətn yaza, kod yarada, məqalə xülasə edə, tərcümə edə, mürəkkəb anlayışları izah edə və müəyyən analitik tapşırıqları yerinə yetirə bilir. Artıq   universitet tələbəsinin “məlumat toplayan insan” modeli köhnəlib. Yeni tələbə modeli Sİ ilə rəqabət aparan deyil, Sİ-dən istifadə edərək öz intellektual imkanlarını genişləndirən insan olmalıdır.

1. Tələbənin əsas məqsədi  diplom deyil, intellektual kapital yaratmaqdır… 

Universitetə daxil olan gənc ilk növbədə özünə “nə qiymət alacam?” sualı yox,

“universiteti bitirəndə hansı intellektual və peşəkar imkanlara malik olacam?” sualı verməlidir.

Diplom formal sənəddir. Əsl kapital fundamental bilik, analitik və tənqidi düşüncə,  kommunikasiya, rəqəmsal savadlılıq, xarici dillər, tədqiqat bacarığı, problem həll etmə, komanda işi,  yaradıcılıq, Sİ savadlılığıdır.

Sİ dövründə diplomun dəyəri “nə oxumusan?” sualından “nə edə bilirsən?” sualına keçir.

2. Sİ-ni düşmən yox, intellektual tərəfdaş kimi qəbul et…

I kurs tələbəsi universitetə daxil olan kimi Sİ-dən istifadə etməyi öyrənməlidir. Lakin unutma ki,  Sİ sənin əvəzinə düşünməməli,  sənin daha yaxşı düşünməyinə kömək etməlidir.  Tələbə Sİ-dən mövzunu izah etdirmək, alternativ baxışlar əldə etmək, mürəkkəb mətni strukturlaşdırmaq, yeni  suallar yaratmaq;  test hazırlamaq,

öz biliyini yoxlamaq, kod yazmaq və səhvləri tapmaq, xarici dildə məşq etmək, tədqiqat ideyaları formalaşdırmaq, ilkin ədəbiyyat xəritəsi yaratmaq üçün istifadə edə bilər…

Sİ-nin verdiyi cavabı tam  həqiqət kimi qəbul etmək olmaz.  Si inandırıcı, lakin yanlış məlumat da yarada bilər. Buna görə tələbənin əsas bacarığı süni intellektin yaratdığı nəticəni qiymətləndirməkdir.

3. “Prompt yazmaq” kifayət deyil- Sİ ilə düşünməyi öyrən…

Sİ savadlılığını yalnız “prompt” mühəndisliyi ilə məhdudlaşdırmaq səhvdir.

Sİ  savadlılığı 5 mərhələdən ibarət olmalıdır:

Sual → kontekst → Sİ ilə dialoq → yoxlama → insan qərarı.

Məsələn, tələbə “bu mövzuda məqalə yaz” deməklə kifayətlənməməli, Sİ-dən əlavə olaraq soruşmalıdır:

Problemin əsas anlayışları hansılardır?

Hansı fərqli nəzəriyyələr mövcuddur?

Bu arqumentin zəif tərəfləri hansılardır?

Əks arqument nə ola bilər?

Hansı məlumatlar ilkin mənbə ilə yoxlanmalıdır?

Hansı  nəticə fakt, hansı nəticə izahdır?

Beləliklə, Sİ cavab maşını deyil, intellektual tərəfdaşdır.

4. Ən böyük təhlükə “copy– paste tələbəsi” olmaqdır. Sİ dövründə ən asan şey hazır mətn əldə etməkdir...

Tələbə tapşırığı Sİ-yə verir, cavab alır və təqdim edir. Bu, qısamüddətli rahatlıqdır, lakin uzunmüddətli dövrdə intellektual iflasdır. Tələbə belə etdikdə öz idrakını zəiflədir. Əgər insan hər problemi Sİ-yə həvalə edirsə, müəyyən müddətdən sonra özü müstəqil düşünməkdə çətinlik çəkəcək. Ona görə əvvəl öz fikrini formalaşdır, sonra  Sİ ilə müqayisə et. Bu metod tələbənin müstəqil düşünmə qabiliyyətini qoruyur…

5. Birinci kursda “öyrənməyi öyrənmək” əsas fənn olmalıdır…

Universitet məktəb deyil. Burada müəllim bütün biliyi tələbəyə hazır vermir. Tələbə özü oxumalı;  araşdırmalı, sual verməli; mənbə tapmalı, müqayisə etməli,  nəticə çıxarmalıdır.   Ona görə I kurs tələbəsi öyrənməyi öyrənmək metodologiyasını mənimsəməlidir.  Bu səbəbdən hər tələbənin şəxsi rəqəmsal bilik sistemi olmalıdır. Məsələn: məqalələr → qeydlər → anlayışlar → suallar → ideyalar → layihələr → portfolio.

Bu sistem zaman keçdikcə tələbənin şəxsi intellektual kapitalına çevrilir.

6. Kitab oxumaq Sİ dövründə də  çox vacibdir.  

“Sİ hər şeyi bilir, kitab oxumağa ehtiyac yoxdur” düşüncəsi köklü səhvdir. Əksinə, Sİ dövründə dərin oxu vacibdir. Çünki  Sİ sürətli informasiya verir, insan isə həmin informasiyanın mənasını və kontekstini yaxşı anlamalıdır. Tələbə I kursdan etibarən ən azı üç növ mənbə ilə işləməyi öyrənməlidir: dərslik → elmi məqalə → ilkin mənbə...

“Wikipedia” və  Sİ  cavabı başlanğıc nöqtəsi ola bilər, lakin elmi nəticənin son mənbəyi deyil.

7. Tənqidi düşünmə artıq “əlavə bacarıq” deyil...

Sİ  dövrünün ən qiymətli insan bacarıqlarından biri tənqidi düşüncədir.

Tələbə hər informasiya qarşı 5 sual verməlidir:

1. Bu iddianın mənbəyi nədir?

2. Sübut nədir?

3. Alternativ izah varmı?

4. Müəllifin marağı və ya qərəzi ola bilərmi?

5. Bu nəticəni başqa mənbə təsdiqləyirmi?

Bu suallar Sİ tərəfindən yaradılan mətnlərə münasibətdə xüsusən vacibdir. Gələcəyin savadlı insanı çox informasiya bilən deyil, informasiya ilə manipulyasiya edilməyən insandır.

8. Xarici dil — xüsusi ilə ingilis dili intellektual potensial yaradır… 

Azərbaycan tələbəsinin ən böyük problemlərindən biri dünya elmi informasiya məkanına çıxışın məhdud olmasıdır. I kurs tələbəsi ingilis dilinə yalnız “tədris fənni, imtahan fənni” kimi baxmamalıdır. İngilis dili  elmi məqalə + beynəlxalq kurs + AI alətləri + qlobal akademik şəbəkə + əmək bazarı  deməkdir…

Sİ tərcüməni asanlaşdıracaq. Amma xarici dili bilmək yenə də lazımdır. Çünki dili bilən insan mənbənin mənasını,  kontekst və incəlikləri daha yaxşı anlayır.

9. Universitet illərində şəxsi portfolio yarat.

Diplom gələcəkdə kifayət etməyə bilər. Tələbə  I kursdan şəxsi rəqımsal portfolio yaratmalıdır. Portfolioda  layihələr, tədqiqatlar, proqramlaşdırma işləri, məqalələr, təqdimatlar,  startap ideyaları, sertifikatlar, könüllü fəaliyyət, Sİ ilə hazırlanmış  və insan tərəfindən ciddi işlənmiş layihələr toplanmalıdır.

Dörd il sonra tələbənin “mən universitet bitirmişəm” deməsi kifayət etməməli,  “Bunlar  mənim yaratdıqlarımdır…” deməlidir.

10. Müəllimi məlumat mənbəyi kimi yox, mentor kimi qəbul et...

Sİ dövründə müəllimin rolunun dəyişməsi qaçılmazdır. Müəllim yalnız informasiya ötürən şəxs deyil. O, mentor + tədqiqat rəhbəri + metodoloq + ekspert + intellektual moderator rolunu da daşımalıdır.

Tələbə müəllimdən “imtahanda nə düşəcək?” soruşmamalı, daha ciddi suallar verməlidir. Məsələn:  “Bu problemin elmi mübahisəsi nədir?”  “Bu nəzəriyyənin zəif tərəfi hansıdır?  “Mən bunu necə araşdıra bilərəm?

11.  Sİ  dövründə akademik dürüstlük çox  vacibdir...

Sİ tələbəyə böyük imkanlar verir, amma akademik etikaya yeni tələblər də qoyur.

Tələbə Sİ-dən istifadə etdiyi zaman universitetin qaydalarını bilməli, tələb olunursa Sİ-dən  istifadə etdiyini açıqlamalıdır.

Sİ-dən istifadə intellektual fırıldaq deyil, amma Sİ-nin yaratdığını öz məhsulun kimi təqdim etmək düz deyil.  Universitetlər bu məsələdə yalnız qadağa siyasəti yox, Sİ- dən etik və məhsuldar istifadə standartları yaratmalıdır.

12. Birinci kursdan tədqiqatçı olmağa çalış.

Azərbaycan universitetlərinin əsas problemlərindən biri tələbənin tədqiqat prosesinə çox gec cəlb olunmasıdır. Halbuki I kurs tələbəsi belə, kiçik tədqiqat layihəsi apara bilər. Məsələn, sual → hipotez → məlumat → analiz → nəticə → təqdimat.

Sİ burada məlumatların ilkin emalı, kodlaşdırma, ədəbiyyatın xəritələndirilməsi və statistik analizdə köməkçi ola bilər. Beləliklə, tələbə “imtahan verən şagird” statusundan tədricən “bilik yaradan gənc tədqiqatçı” statusuna keçir.

I kurs tələbəsi üçün “ Sİ dövrünün 10 qızıl qaydası”...

1.  Sİ-dən qorxma, onu öyrən.

2.  Sİ-yə kor-koranə inanma, onun cavablarını yoxla.

3. Hazır cavab axtarmaqdan əvvəl özün düşün.

4. Hər gün dərin oxu üçün vaxt ayır.

5. İngilis dilini elmi fəaliyyət səviyyəsinə çatdır.

6. Statistik və rəqəmsal savadlılıq qazan.

7. I kursdan real layihələr yarat.

8. Müəllimlərdən yalnız qiymət yox, mentorluq al.

9. Öz rəqəmsal portfolionu formalaşdır.

10. Universiteti diplom alma yeri deyil, intellektual kapital yaratmaq laboratoriyası kimi qəbul et.

Süni intellekt universiteti məhv etməyəcək. Lakin köhnə universitet modelini dəyişdirəcək. Eyni zamanda Sİ bütün tələbələri eyni dərəcədə gücləndirməyəcək. Sİ-dən yalnız hazır cavab almaq üçün istifadə edən tələbə ilə  Sİ-dən düşünmək, araşdırmaq, yaratmaq və öyrənmək üçün istifadə edən tələbə arasında yaxın gələcəkdə  böyük fərq yaranacaq.

Buna görə I kurs tələbəsi seçim etməlidir:  Sİ  mənim yerimə düşünəcək,  yoxsa mən Sİ-dən istifadə edərək daha yaxşı düşünəcəm? Düzgün seçim ikinci yoldur.  Çünki,  Sİ dövründə ən böyük üstünlük çox məlumat bilmək deyil, düzgün sual vermək, məlumatı tənqidi qiymətləndirmək, yeni bilik yaratmaq və texnologiyanı insan məqsədlərinə tabe etdirmək bacarığıdır.

Buna görə XXI əsrin universitetində tələbənin əsas səriştəsi  “Si ilə işləmək” yox, “Sİ ilə birlikdə düşünmək” olacaq…

Müəllif:

Dosent  İlham Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Avqust 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see362

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see344

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see340

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see274

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see271

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see254

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see251

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see249

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see245

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see245

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see234

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see233

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see233

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see220

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see207

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see202

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see194

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see185

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see184

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri