Icma.az
close
up
RU
Süni intellekt əsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? AÇIQLAMA

Süni intellekt əsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? AÇIQLAMA

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Süni intellektin müxtəlif sahələrdə tətbiqinin genişlənməsi nəqliyyatın idarə olunmasında da yeni imkanlar yaradır. Dünyanın bir sıra şəhərlərində yol hərəkətinin tənzimlənməsi, nəqliyyat axınının izlənilməsi və idarə olunması üçün “ağıllı sistem”lərdən istifadə edilir. Bəs süni intellekt əsaslı bu sistemlər şəhərlərin nəqliyyat problemlərinin həllində nə dərəcədə effektiv ola bilər?

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, müasir dövrdə dünyanın müxtəlif şəhərlərində yol hərəkətinin daha çevik tənzimlənməsi, yollarda nəqliyyat proseslərinin izlənilməsi və idarə olunması üçün müxtəlif “ağıllı sistem”lərdən istifadə olunur və bu sistemlər kifayət qədər səmərəli nəticələr göstərir.

“Belə sistemlərin tətbiqi üçün müəyyən şərtlər tələb olunur. İlk növbədə, “ağıllı nəqliyyat sistemləri” kifayət qədər böyük məbləğdə investisiya qoyuluşu tələb edir. Belə ki, bunun üçün şəhərin əksər hissəsində, küçə və prospektlərdə, xüsusilə kəsişmələrdə bütün svetoforlar, nizamlama və nəzarət vasitələri vahid mərkəzdə birləşdirilməli və süni intellekt elementləri ilə təmin olunan avadanlıqlardan ibarət olmalıdır. Hazırda mövcud olan svetoforların və onların kontrollerlərinin məlumat bazaları əsasında bunu həyata keçirmək mümkün deyil, bütün sistem yenilənməlidir. Həmçinin bunu ayrıca bir prospektdə və ya küçədə etməyin heç bir effekti olmur. Buna görə də, bütövlükdə həmin şəhərin əsas yerlərində tətbiq edilməlidir ki, effekt versin”, - deyə o qeyd edib.

Ə.Hüseynovun sözlərinə görə, belə sistemlərin tətbiqi məlumat bazasının saxlanılması baxımından da ciddi texniki imkanlar tələb edir: “Bunun üçün informasiya texnologiyaları baxımından daha böyük avadanlıqlara, böyükhəcmli məlumatları saxlaya biləcək serverlərə və digər texniki imkanlara ehtiyac yaranır. Eyni zamanda, əlaqə və rabitə vasitələri, siqnalların ötürülməsi sistemi, müxtəlif nöqtələr arasında əlaqənin təmin olunması üçün rabitə infrastrukturu yaradılmalıdır. Bütün bunlar böyük investisiya istəyir və müəyyən infrastruktur işləri tələb edir. “Ağıllı nəqliyyat sistemi” özlüyündə şəhərdəki tıxac problemini həll etmir. Şəhərin tıxaclarını həll etmək üçün digər çox vacib şərtlər mövcuddur və prioritetlər fərqli olmalıdır. Prioritet ictimai nəqliyyatın inkişafı, məskunlaşma ilə bağlı problemlərin həllidir. İnsanların gündəlik həyatında uzaq məsafələrə səfər etməyə məcbur olmalarının qarşısının alınmasıdır. Daha sonra mikromobillik vasitələrindən kütləvi istifadənin təbliği və genişləndirilməsi həyata keçirilməlidir”.

Onun sözlərinə görə, hərəkəti tənzimləyən “ağıllı sistem”lər özlüyündə ideal nəticəyə gətirib çıxara bilməz. Bunun üçün digər istiqamətlərdə də paralel iş aparılmalıdır.

“Mənim fikrimcə, Bakı şəhərində hələ ki, ictimai nəqliyyatın formalaşması, yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək böyükhəcmli işlər var. Əsas investisiyalar ictimai nəqliyyatın inkişafına, metro şəbəkəsinin genişləndirilməsinə, tramvay şəbəkəsinin yaradılmasına, küçələrdə və prospektlərdə piyada infrastrukturunun yaxşılaşdırılmasına, mikromobillik vasitələrindən, o cümlədən velosiped və mopedlərdən istifadə üçün şərait yaradılmasına və bunun təşviqinə yönəldilməlidir. Paralel olaraq, əgər maddi imkanlar və investisiya vəsaitləri varsa, həmin “ağıllı sistem”lərə də keçilməsinə zərurət yarana bilər. Digər məsələləri kənara qoyaraq yalnız süni intellekt əsaslı “ağıllı idarəetmə sistemləri”nin tətbiqinin bütün nəqliyyat problemlərini həll edəcəyini düşünmək düzgün yanaşma deyil. Əsas istiqamət ictimai nəqliyyata, mikromobilliyə, infrastrukturdakı digər məsələlərin həllinə yönəldilməlidir”, - deyə Ə.Hüseynov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri