Icma.az
close
up
RU
Süni intellekt əsri, insanı əvəz edən robot texnologiyası dövrü... Ağıllı dünya, “ağılsız” internet xidməti

Süni intellekt əsri, insanı əvəz edən robot texnologiyası dövrü... Ağıllı dünya, “ağılsız” internet xidməti

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, dünya ölkələrinin idarəçilikdən tutmuş səhiyyə, təhsil və təhlükəsizlik sahələrinə qədər ən vacib proseslərdə etibar etdiyi əsas vasitəyə çevrilib. Bir çox ölkələrdə mürəkkəb qərarlar Aİ əsaslı sistemlərin analizi üzərindən qəbul edilir, insan əməyinin böyük hissəsi isə mərhələli şəkildə texnologiya ilə əvəzlənir.

Belə bir dövrdə Azərbaycanda hələ də elementar internet problemlərinin yaşanması düşündürücü və narahatedici görünür.

Bu gün Masazır qəsəbəsində yaşayan yüzlərlə sakin internet ödənişlərinin vaxtı bitdiyi üçün xidmətin dayandırılması ilə üzləşib. Təbii ki, sakinlər problemi aradan qaldırmaq üçün dərhal borclarını ödəməyə, yəni yeni ay üzrə ödənişi etməyə çalışıblar. Lakin bütün cəhdlər nəticəsiz qalıb. Ödəniş sistemləri işləməyib, internet bərpa olunmayıb.

Daha maraqlısı isə problemin mənbəyini aydınlaşdırmaq üçün “Telecomİnvest” provayderi ilə əlaqə saxlamaq cəhdləri zamanı ortaya çıxıb. Şirkətin rəsmi saytında yerləşdirilən əlaqə nömrələrinin heç birinin işləmədiyi məlum olub. Rəqəmsallaşmadan danışan bir provayderin öz müştəriləri üçün əlçatan olmaması haqlı suallar yaradır.

Çarəsiz qalan sakinlər son ümid olaraq şirkətin əməkdaşı kimi tanıdıqları şəxslə əlaqə saxladıqlarını bildiriblər. Həmin şəxs isə ölkə üzrə bəzi internet problemlərinin yaşandığını və bir neçə saat sonra yenidən ödəniş etməyə cəhd göstərmələrini xahiş edib. Lakin problemin mahiyyəti, səbəbi və dəqiq həll vaxtı ilə bağlı konkret heç bir açıqlama verilməyib.

Ortaya çıxan mənzərə bir daha göstərir ki, texnoloji inkişafdan danışmaqla real xidmət keyfiyyəti arasında ciddi fərq var. Süni intellektdən, “ağıllı şəhər” layihələrindən, rəqəmsal transformasiyadan bəhs etdiyimiz bir zamanda vətəndaşın ən əsas ehtiyaclarından biri olan internetə çıxışın bu qədər qeyri-müəyyən qalması qəbulolunan deyil.

İstər-istəməz sual yaranır: bu problem texniki nasazlıqdır, yoxsa gündən-günə artan qiymətlər fonunda vətəndaşı çarəsiz vəziyyətdə qoyan növbəti “oyun”? Müştəri məmnuniyyətini əsas prinsip kimi təqdim edən şirkətlər niyə böhran anında əlçatmaz olur?

Aydın olan odur ki, süni intellekt əsrində yalnız texnologiyadan danışmaq kifayət etmir. İnfrastruktur, şəffaflıq, operativ məlumatlandırma və məsuliyyət anlayışı da eyni səviyyədə inkişaf etməlidir. Əks halda, Aİ ilə idarə olunan dünya ilə real həyatda bağlantısı kəsilən vətəndaş arasında uçurum getdikcə daha da dərinləşəcək.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2026 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri