Icma.az
close
up
RU
Süni intellekt həkimləri əvəz edə biləcək? TƏFFƏRÜAT

Süni intellekt həkimləri əvəz edə biləcək? TƏFFƏRÜAT

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bu gün bütün dünyada səhiyyə sahəsində də yeniliklər, müasir yanaşmalar, innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. 

Süni intellekt sistemlərinin tibb müəssisələrində tam fəaliyyət göstərə bilməsi üçün müvafiq inteqrasiya planları nəzərdə tutulub.

Bu barədə TƏBİB-in məlumatında bildirilir.

Qeyd edilib ki, süni intellekt xəstəxanalarda tibbin keyfiyyətini artırır:

"Bu planda Xəstəxana İdarəetmə Sistemi (XİS və ya EHR) ilə inteqrasiya, məlumatların real vaxtda AI modelləri tərəfindən təhlili və avtomatik tövsiyələr təqdim edilməsi, tibbi avadanlıqlarla əlaqələndirilmə, görüntülərin avtomatik analizi və diaqnostik qərar dəstəyi kimi proseslərin icra olunması və nəticədə süni intellektin üstünlüklərindən əhaliyə daha keyfiyyətli və innovativ tibbi xidmət göstərilməsi nəzərdə tutulub”.

Bildirək ki, bu gün bir sıra dünya ölkələrində xəstəxanalarda robot, süni zəkanın fəaliyyətindən yararlanılır. Hətta bu baxımdan bir müddət sonra xəstəxanalarda artıq həkimlərə ehtiyac qalmayacağı ilə bağlı fikirlər səslənir. 

Doğurdanmı artıq dünyada bütün həkimləri robot, süni intellekt əvəz edəcək? 

Stanford Universitetinin kompüter elmləri professoru Oussama Hatib bildirib ki, hazırda xəstəxanalardakı həkimlərin istifadə edə biləcəyi üsullar üzərində işlər aparılır:

"Kəndlərdə xəstəxanalarımız yoxdur və hamilə qadınların çoxu müayinədən keçə bilmir. Bəs bu kəndlərə robot yerləşdirsək necə olacaq? Toxunma vasitəsi ilə bir robotu xəstəxanadakı həkimə qoşa bilsəydik, səhiyyədə böyük uğurlar qazanardıq".

Bununla yanaşı o, süni intellektin və robotların yalnız bəzi peşələrdə köməkçi rol oynayacağını bildirib. 

Hatib bəzi insanların süni intellektin çox şey edə biləcəyinə və insanların etdiklərini müşahidə edərək avtonom ola biləcəyinə inandığını açıqlayıb:

"Reallıq gözləniləndən bir az daha mürəkkəbdir. Həqiqət budur ki, biz robota insan bacarıqlarını öyrətməliyik və robot mürəkkəb tapşırığı yerinə yetirmək üçün bu bacarıqları öz bacarıqları ilə birləşdirməlidir. Biz bunun üzərində işləyirik.

Süni intellekt bizə tibbi təsvirləri anlamağa imkan verəcək və təsvirdə şübhəli şişin olub-olmadığını çox tez deməyə imkan verəcək. Bununla belə, süni intellekt həkimin bütün düşünmə qabiliyyətinə və ya intuisiyasına malik olmayacaq. 

O, heç vaxt həkimin süni intellektlə əvəzlənməsini təsəvvür etmədiyini deyib:

"Süni intellekt yalnız həkimə dəstək ola bilər. Süni intellekt həkimə kəndə çatmağa, məsələn, xəstəni müayinə etməyə kömək edə bilər. Hətta əməliyyatlarda da kömək edə bilər, lakin insanın idrak qabiliyyətlərini əvəz edə bilməz".

Nigar 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri