Icma.az
close
up
RU
Süni intellekt psixoloqun köməkçisi ola bilər, amma onu əvəz edə bilməz AÇIQLAMA

Süni intellekt psixoloqun köməkçisi ola bilər, amma onu əvəz edə bilməz AÇIQLAMA

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Elvin Həsənov: Bir dost və ya psixoloqla qurulan münasibət qarşılıqlı anlayış və şəxsiyyətlərarası bağ üzərində qurulur ki, bu da süni intellektin təqlid edə bilməyəcəyi dərəcədə mürəkkəbdir


Zeynəb Əyyubova: Süni intellekt isə nə qədər “ağıllı” olsa da, onun bir ruhu yoxdur


"Meta" şirkətinin baş direktoru Mark Zukerberq süni intellektin insan həyatındakı gələcək rolu ilə bağlı cəsarətli proqnozlar verib.

Onun fikrincə, süni intellekt dost və əlçatan psixoterapevt funksiyalarını yerinə yetirərək, təklik və qarşılıqlı insan əlaqəsi çatışmazlığı problemini həll etməyə qadirdir.

Milyarder bu barədə Dvarkeş Patelin "AI Will Write Most Meta Code in 18 Months" podkastında bildirib.

M.Zukerberqin sözlərinə görə, müasir insanlar sosial əlaqələrin qurulmasında ciddi çətinliklərlə üzləşirlər.

O bildirib ki, orta statistik amerikalı üçdən az yaxın təmasa malikdir, hərçənd ünsiyyətdə ehtiyac təqribən 15 nəfər təşkil edir:

"Virtual həmsöhbətlər canlı ünsiyyəti tam əvəz edə bilməsələr də, real təmaslar tapmaqda çətinlik çəkən və ya peşəkar psixoloji yardım ala bilməyənlər üçün bu boşluğu doldura bilərlər".


Məsələ ilə bağlı Sherg.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə süni intellektin psixoloji sahəyə də təsir göstərməsi qaçılmazdır:


“Artıq bir çox psixoloji dəstək proqramları, virtual terapevtlər və emosional vəziyyəti təhlil edən süni intellekt tətbiqləri mövcuddur. Amma gəlin sualın əsas hissəsinə qayıdaq: Süni intellekt doğrudan da psixoloqları əvəz edə bilərmi? Cavabım birmənalıdır: Xeyr, əvəz edə bilməz. Ən azı yaxın gələcəkdə mümkün deyil. Çünki insanı insan edən başlıca amil empati qurmaq qabiliyyətidir. Psixoloqların işi yalnız diaqnoz qoymaq və ya məsləhət verməkdən ibarət deyil. Onlar qarşısındakı insanın hisslərini anlamağa, ona güvənli və şəfqətli bir münasibət göstərməyə çalışırlar. Bu isə yalnız informasiyanı analiz etməklə deyil, ruhu hiss etməklə mümkündür. Dostlar və psixoloqlar bir ruhun digər ruhla təmasıdır. Onlar yalnız dinləmirlər, həm də hiss edirlər, bəzən susurlar, bəzən toxunurlar, bəzən sadəcə varlıqları ilə təsəlli verirlər. Süni intellekt isə nə qədər “ağıllı” olsa da, onun ruhu yoxdur. Onun empatiyası proqramlaşdırılmış bir funksiyadır, yaşanmış təcrübəyə və hisslərə dayanmır”.


Psixoloqun sözlərinə görə süni intellektin müsbət tərəfləri də var:

“Məsələn, təcili dəstək üçün chatbotlar ilkin yardım göstərə, sosial tənhalıq yaşayan insanlar üçün keçici təsəlli mənbəyi ola bilər. Xüsusilə, gənclər və yeniyetmələr üçün bəzi texnoloji vasitələr emosional rahatlıq verə bilər. Lakin bu, uzunmüddətli və dərin psixoloji problemlərin həlli üçün kifayət etmir. Süni intellekt psixoloqun köməkçisi ola bilər, amma onu əvəz edə bilməz. Həkimə gedərkən internetdən simptom axtarmaq necə ki, diaqnoz qoymaqla eyni deyil, süni intellektlə danışmaq da bir psixoloqla terapiya keçmək qədər təsirli ola bilməz. Əlavə olaraq, biz insanlar üçün dinlənmək qədər anlaşılmaq da vacibdir. Bu isə yalnız ürəklə, şəfqətlə, duyğuyla mümkündür. Texnologiya nə qədər inkişaf etsə də, insani bağlılığın yerini heç nə verə bilməz”.


İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov isə bildirib ki, Süni intellekt texnologiyalarının sürətlə inkişafı nəticəsində onun müxtəlif sahələrdə o cümlədən psixoloji dəstək və sosial ünsiyyət sahələrində də istifadə imkanları genişlənib:


“Mark Zukerberqin "Süni intellekt dostları və psixoloqları əvəz edəcək" fikri texniki baxımdan müəyyən qədər əsaslı görünsə də, bu prosesin insan münasibətlərini tam əvəz etməsi real deyil. Bəli, süni intellekt əsasında çalışan çat-botlar insanlara ilkin emosional dəstək, dinlənilmə hissi və bəzi hallarda motivasiyaedici məsləhətlər verə bilər. Bu texnologiya xüsusilə tənhalıq hissi keçirən insanlara müvəqqəti təsəlli mənbəyi ola bilər. Lakin unutmayaq ki, süni intellektin verdiyi cavablar əvvəlcədən öyrədilmiş məlumatlar və statistik ehtimallar əsasında formalaşır. O, empatiya hissini, bədən dili oxuma qabiliyyətini və insan münasibətlərindəki emosional dərinliyi tam mənada hiss edib cavablandıra bilmir. Bir dost və ya psixoloqla qurulan münasibət qarşılıqlı anlayış və şəxsiyyətlərarası bağ üzərində qurulur ki, bu da süni intellektin təqlid edə bilməyəcəyi dərəcədə mürəkkəbdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 May 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see255

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see219

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see213

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see182

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see167

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see139

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri