Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Süni intellekt: qənaət vasitəsi, yoxsa inkişaf aləti?

Süni intellekt: qənaət vasitəsi, yoxsa inkişaf aləti?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Süni intellektin sürətlə həyatımıza daxil olduğu bir dövrdə dünyanın iri şirkətlərində qəribə bir paradoks yaranıb. Texnologiya insan əməyini yüngülləşdirmək, iş prosesini sürətləndirmək və məhsuldarlığı artırmaq üçün yaradıldığı halda, bir çox şirkət onu ilk növbədə işçi ixtisarlarının əsaslandırılması vasitəsinə çevirib. Lakin görünür, bu qərarlar biznesin gözlədiyi qədər uğurlu nəticələr vermir.

Araşdırmalar göstərir ki, son illərdə “süni intellektə görə işdən çıxarılma” ifadəsi korporativ dünyanın ən çox işlədilən anlayışlarından birinə çevrilsə də, reallıq daha mürəkkəbdir. Tədqiqat və konsaltinq şirkəti Gartner tərəfindən illik gəliri 1 milyard dollardan çox olan şirkət rəhbərləri arasında keçirilən sorğu maraqlı mənzərə ortaya çıxarıb. Məlum olub ki, şirkətlərin böyük əksəriyyəti süni intellekt texnologiyalarını sınaqdan keçirsə də, işçi ixtisarları çox vaxt bu texnologiyaların real səmərəsi ilə əlaqəli olmayıb. Sorğuda iştirak edən şirkətlərin təxminən 80 faizi kadr azaldılmasına getdiyini etiraf edib.

Mütəxəssislərin fikrincə, əsas problem ondadır ki, bəzi şirkətlər süni intellekti inkişaf aləti kimi deyil, qənaət mexanizmi kimi görür. Helen Poitevin bildirir ki, texnologiyanın yeganə “uğuru” işçi sayının azaldılması hesab olunursa, şirkət uzunmüddətli perspektivdə məhdud fayda əldə edir. Ən yüksək nəticələr isə işçiləri əvəz edən deyil, onların imkanlarını genişləndirən şirkətlərdə müşahidə olunub. Başqa sözlə, süni intellekt insanı sıradan çıxaran deyil, onun potensialını gücləndirən vasitəyə çevriləndə daha effektiv olur.

Bu gün biznes dünyasında süni intellektə münasibət də iki fərqli xətt üzrə formalaşır. Bəzi rəhbərlər hesab edirlər ki, texnologiya insanlara qərar verməkdə yardımçı olmalıdır. Digərləri isə gələcəyin idarəetməsini demək olar ki, tam şəkildə maşınların öhdəsinə buraxmağa hazırdır. Bu yanaşmalar arasındakı fərq korporativ strategiyalarda da açıq görünür.

Xüsusilə 2025–2026-cı illərdə texnologiya sektorunda baş verən kütləvi ixtisarlar “süni intellekt inqilabı” adı altında təqdim olunmağa başladı. Hətta Silicon Vadisi kimi texnologiyanın mərkəzi hesab edilən bölgələrdə belə minlərlə əməkdaş işini itirdi. Araşdırma şirkəti Challenger, Gray & Christmas müəyyən edib ki, 2026-cı ilin mart və aprel aylarında işdən çıxarılmaların əsas səbəbi kimi ən çox süni intellekt göstərilib. Təkcə bir il ərzində bu bəhanə ilə 49 mindən çox insan işsiz qalıb.

Bunun arxasında dayanan əsas səbəblərdən biri də texnologiya xərclərinin sürətlə artmasıdır. Şirkətlər milyardlarla dolları süni intellekt infrastrukturlarına, məlumat mərkəzlərinə və hesablama gücünə yönəldir. Nəticədə büdcədə yaranan yükü kompensasiya etmək üçün ilk addım kimi işçi sayının azaldılmasına üstünlük verilir.

Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, hər ixtisarın arxasında həqiqətən süni intellekt dayanmır. Bəzən bu, sadəcə, iqtisadi problemləri və ya idarəetmə səhvlərini gizlətmək üçün rahat izah formasına çevrilir. Digər tərəfdən, bəzi sahələrdə avtomatlaşdırmanın həqiqətən insan əməyini sıxışdırdığı da danılmazdır. Bununla belə, analitiklər hesab edirlər ki, dünya hələ tam miqyaslı struktur dəyişiklik mərhələsinə daxil olmayıb. Şirkətlər daha çox “torpağı yoxlayır”, süni intellektin sərhədlərini sınaqdan keçirirlər.

Bütün bunların fonunda əsas sual dəyişmir: gələcəyin şirkətləri insanı texnologiya ilə əvəz edəcək, yoxsa insan və maşının birgə işlədiyi yeni model quracaq? Hazırkı tendensiyalar göstərir ki, ən dayanıqlı uğur hələ də insan zəkası ilə süni intellektin əməkdaşlığından doğur.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see257

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see253

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see249

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see247

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see241

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see234

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see231

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see228

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see220

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see209

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see204

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see200

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see197

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see195

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see195

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see192

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see190

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see184

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see178

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri