Icma.az
close
up
RU
Süni intellekt TƏHLÜKƏSİ Bəşəriyyətin məhv olma riski var

Süni intellekt TƏHLÜKƏSİ Bəşəriyyətin məhv olma riski var

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər qorxurlar ki, süni intellekt insanlığı “tədricən gücdən salma” taktikasına əl ata bilər.

Süni intellektin (Sİ) sürətli inkişafı səbəbindən bəşəriyyətin məhv olması ehtimalı “ən azı 95%” təşkil edir. Bu fikri keçmiş Google və Microsoft mühəndisi, hazırda isə Maşın İntellekti Tədqiqat İnstitutunun rəhbəri Neit Soares bildirib.

Lent.az bu barədə xarici mediaya istinala xəbər verir.

Soaresin sözlərinə görə, hazırkı vəziyyət sürətlə 100 km/saatla uçuruma doğru gedən avtomobili xatırladır: düşünmək üçün zaman getdikcə azalır. O əmindir ki, mövcud tendensiyalar davam edərsə, fəlakətdən yayınma şansı demək olar ki, sıfıra bərabərdir.

Bu narahatlığı dünyanın aparıcı alimləri də bölüşür. Onların arasında Nobel mükafatı laureatı Ceffri Hinton, məşhur riyaziyyatçı Yoşua Benjio, həmçinin OpenAI, Anthropic və Google DeepMind rəhbərləri var. Onların hamısı birgə bəyanatı imzalayaraq vurğulayıblar ki, Sİ-dən qaynaqlanan təhlükə qlobal epidemiyalar və nüvə silahları ilə eyni səviyyədə nəzərdən keçirilməlidir.

Mütəxəssislərin əsas qorxu mənbəyi isə adətən superağıllı süni intellekt (ASI) adlandırılan texnologiyanın yaranma perspektividir. Belə bir süni intellekt təkcə plan qura və aldada bilməyəcək, həm də nəzarətdən çıxaraq insanların maraqlarına zidd hərəkət edəcək. Artıq bu gün alqoritmlər manipulyasiya və yalan bacarığı nümayiş etdirirlər, üstəlik onların daxili prosesi hətta yaradıcıları üçün belə qeyri-şəffaf olaraq qalır.

Bəzi mütəxəssislər xəbərdarlıq edirlər ki, bəşəriyyətin tamamilə məhv olması yeganə ssenari deyil. Daha real başqa təhlükə də var: insanların müstəqilliyini və təsir gücünü tədricən itirməsi. Belə bir şəraitdə əsas qərarları maşınlar verəcək və insan öz sivilizasiyasında artıq elementə çevrilmək riski ilə üz-üzə qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Avqust 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri