Icma.az
close
up
RU
Süni İntellekt tərcümə edirsə, dil öyrənmək nəyə lazımdır?

Süni İntellekt tərcümə edirsə, dil öyrənmək nəyə lazımdır?

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bütün bunlar vacib bir sual doğurur: Əgər maşınlar tərcüməni insanlardan daha sürətli və dəqiq edə bilirsə, başqa bir dili öyrənməyə illərlə vaxt sərf etməyə dəyərmi?
Bu, maraqlı sualdır. İnsanlar hər zaman zehni işləri alətlərin üzərinə yükləməyə çalışıblar. Yazı yaddaşımıza olan tələbi azaltdı. Kalkulyatorlar hesablama yükünü aradan qaldırdı. Süni intellekt də bu qəbildəndir. Yaxşı istifadə edildikdə, o, öyrənməyə dəstək ola və əlçatanlığı genişləndirə bilər. Lakin imkanlarınızı genişləndirmək üçün alətdən istifadə etməklə, hər hansı bir işi görməkdən qaçmaq üçün ondan istifadə etmək arasında ciddi fərq var.
Psixoloqlar səmərəsiz kimi görünən, lakin güclü uzunmüddətli yadda saxlama və anlama qabiliyyəti yaradan çətinlikləri təsvir etmək üçün “arzuolunan çətinliklər” ifadəsindən istifadə edirlər. Qrammatika ilə mübarizə aparmaq, doğru sözü axtarmaq və ya bir neçə dildə cümlə qurmaq yaddaşı, diqqəti və koqnitiv çevikliyi dəstəkləyən beyin şəbəkələrini işə salır. Davamlı zehni fəaliyyət tədqiqatçıların “koqnitiv dözümlülük (çeviklik)” adlandırdıqları xüsusiyyətə – yaşlandıqca beynin öz funksiyasını qoruyub saxlamaq qabiliyyətinə töhfə verir.
Birdən çox dildə danışmaq bu zehni fəaliyyətin bir formasıdır. Bu, beyindən ziddiyyətləri həll etməyi, konteksti izləməyi və dinamik şəkildə uyğunlaşmağı tələb edir. Çox dil bilən insanların vizual-məkan yaddaşı daha güclü olur. Çoxdillilik zaman keçdikcə beynin xüsusi funksiyaların qorunub saxlanmasına kömək edir. Belə insanlarda Altsheymer xəstəliyi daha gec yaşlarda başlayır və ümumi qocalma prosesinin daha zəif gedir.
Süni intellekt tərcüməsi sürət və əlçatanlıq baxımından mükəmməldir. Bir çox praktiki məqsədlər üçün son dərəcə yaxşı işləyir. Lakin mədəni kontekst, yumor, danışıq tərzi (registrlər) və emosional məna daşıyan ifadələrdə çətinlik çəkir. Süni intellekt ən yaxşı halda dilin hərfi (sosial olmayan) tərəflərini tutur, sosial çalarlarını isə qaçırır. 2003-cü ildə çəkilmiş "Love Actually" (Real sevgi) filmində Kolin Fertin canlandırdığı Ceymi personajının Aureliyaya sınıq-salxaq Portuqal dilində yöndəmsiz, lakin səmimi bir şəkildə evlilik təklifi etdiyi səhnəni xatırlayın. Bu səhnə həssaslıq və niyyətə görə insanın qəlbinə toxunur.
Real vaxt rejimində fəaliyyət göstərən tərcümə proqramları bizə quru məlumat verir. Dil öyrənmək isə insanların necə düşündüyünü, onların dəyərlərini anlamağı tələb edir. Bu mədəni savadlılıq yalnız qarşılıqlı ünsiyyət və təcrübə vasitəsilə inkişaf edir. Biz bunu ani tərcümə sistemlərinin öhdəsinə buraxa bilmərik.
Süni intellekt dil öyrənmə formamızı dəyişdirməyə davam edəcək. O, təhsili fərdiləşdirə, maneələri minimuma endirə bilər. Lakin dil öyrənməkdən irəli gələn zehni və mədəni qazancı əvəz edə bilməz. Bu qazanc insanlar arasında daha dərin bir bağ yaradır. Və bu bağ hələ də böyük əhəmiyyət kəsb edir.
Samir Quliyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 İyul 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri