Icma.az
close
up
RU
Süni intellekt yaratdıqlarının müəllifi sayıla bilərmi?

Süni intellekt yaratdıqlarının müəllifi sayıla bilərmi?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Günün bu sualı hüquqi cavabını gözləyir

Süni intellekt (AI) texnologiyalarının sürətli inkişafı hüquq sistemlərini yeni və mürəkkəb suallarla üz-üzə qoyub. Xüsusilə, Aİ-nin yaratdığı mətn, vizual sənət əsərləri, ixtiralar və digər kreativ məhsulların kimə məxsus olması məsələsi artıq nəzəri müzakirə mövzusundan çıxaraq gündəlik hüquqi mübahisələr doğurub.

Dekabrın 9-10-da “Əqli mülkiyyət və süni intellekt” mövzusunda keçirilən beynəlxalq konfransda müzakirə edilən əsas məsələlərdən biri də məhz bu idi. Yəni süni intellektin özü patent subyekti kimi tanına və AI tərəfindən yaradılan materiallar hüquqi baxımdan “ixtiraçı” anlayışına daxil edilə bilərmi? Bu, müəlliflik hüququnun və patent sisteminin gələcək sərhədlərini də müəyyənləşdirir.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov konfransda açılış nitqi ilə çıxış edərək bildirdi ki, süni intellekt müasir dövrün ən mühüm texnoloji hadisələrindən biri kimi yalnız rəqəmsal aləmi deyil, hüquqi və fəlsəfi düşüncə tərzini də ciddi şəkildə dəyişir. Bu texnologiyanın yaratdığı imkanlarla yanaşı, ortaya çıxan risklər də peşəkar mühitdə və geniş ictimaiyyət arasında etik və hüquqi baxımdan ehtiyatlı yanaşmalar formalaşdırır.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” iqtisadiyyatın müxtəlif sahələrinin, dövlət idarəçiliyinin, təhsil sisteminin və infrastrukturun texnoloji transformasiyasını hədəfləyir. Sənəd normativ-hüquqi mexanizmlərin yenilənməsini, məlumatların etik istifadəsi və məsuliyyət prinsiplərinin dəqiqləşdirilməsini, eləcə də “Süni intellekt haqqında” xüsusi qanunun qəbulunu gündəmə gətirir. Bununla yanaşı, strategiya əqli mülkiyyət sahəsində mövcud qanunvericiliyin də yeni reallıqlara uyğunlaşdırılmasını zəruri sayır.

Professor Kamran İmanov onu da vurğuladı ki, süni intellekt sürətlə inkişaf etsə də, insan şüuru və emosional qavrama kimi sahələrə yaxın gələcəkdə tam cavab verə bilməyəcək. Çünki AI hələlik insan düşüncəsinə deyil, əvvəlcədən qurulmuş məntiqi alqoritmlərə əsaslanır.

Əsas hüquqi problemlərdən biri generativ süni intellektin hazırladığı ərizələrin birbaşa süni intellektin adından qeydiyyata alınıb-alınmamasıdır. Nəzəri baxımdan mümkün sayılsa da, bu halda “hüquq sahibi kim olacaq?” sualı ortaya çıxır. “Elektron şəxslər” anlayışının “hüquqi şəxslər” modeli ilə oxşar şəkildə tanınması da müzakirə mövzusudur. Məsələ beynəlxalq xüsusi hüquqa birbaşa təsir göstərir. Məsələn, AI tərəfindən idarə olunan avtomobil və ya qatar qəzaya düşərsə, məsuliyyətin kimə məxsus olacağı sualı yaranır. Potensial məsul tərəflər sırasında süni intellektin yaradıcıları, sahibləri və istifadəçiləri göstərilsə də, real məsuliyyət mexanizmləri tətbiq olunarkən bu subyektlərin hüquq sahibliyindən yayınmağa çalışdığı müşahidə olunur.

Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev isə qeyd etdi ki, əqli mülkiyyətin hüquqi tənzimlənməsi XIX əsrin sonlarına təsadüf etsə də, patent sisteminin əsas prinsipləri günümüzədək demək olar ki, dəyişməz qalıb. Lakin sürətlə inkişaf edən texnologiyalar fonunda bu sahəyə yeni yanaşmaların tətbiqi artıq zərurətə çevrilib. Müasir texnoloji həllərin patent mexanizmlərinə inteqrasiyası innovasiyaların hüquqi müdafiəsini daha da aktuallaşdırır.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı texniki həllərin patentləşdirilməsi prosesində süni intellekt alqoritmlərindən istifadə etməklə yeni metodların tətbiqinə başlayıb. Bu yanaşma xüsusilə tibb sahəsində özünü göstərir: məsələn, Alzheimer xəstəliyinin erkən və sürətli diaqnostikasında istifadə olunan bəzi həllər artıq uğurlu nəticələr verir. Bu cür innovativ ixtiraların patentlə qorunması patent qurumlarının üzərinə mühüm məsuliyyət qoyur. Azərbaycan ərazisində isə İT sektoru üzrə Əqli Mülkiyyət Agentliyi ilə birgə bir sıra strateji əhəmiyyətli layihələr icra olunur. Bu təşəbbüslərin əsas məqsədi müasir texnologiyaların tətbiqini genişləndirmək və innovativ mühiti gücləndirməkdir. Eyni zamanda, Avrasiya Patent İdarəsi ilə Azərbaycanın əməkdaşlığı çərçivəsində müxtəlif birgə layihələr həyata keçirilir.

Q.İvliyev konfransda aparılacaq müzakirələrin konkret və praktik həll yolları ortaya qoyacağına, əldə ediləcək nəticələrin cəmiyyət üçün faydalı olacağına ümid etdiyini bildirdi.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Əqli mülkiyyət və qabaqcıl texnologiyalar departamentinin direktoru xanım Ulrike Till Azərbaycanda müasir texnologiyaların artıq dayanıqlı şəkildə cəmiyyətin həyatına inteqrasiya olunduğunu bildirdi:

– Süni intellekt sadəcə gələcək hədəf kimi deyil, formalaşmış praktik reallıq kimi fəaliyyət göstərir və gündəlik iş proseslərinin ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, süni intellektin sürətli yayılması əqli mülkiyyət sahəsində ciddi hüquqi və konseptual suallar ortaya çıxarır. Xüsusilə, alqoritmlər tərəfindən yaradılan nəticələrin hüquqi mənsubiyyəti, yəni bu məhsulun real sahibinin kim olması məsələsi getdikcə daha aktual mövzuya çevrilir. Məhz bu baxımdan, konfrans çərçivəsində aparılacaq müzakirələr həm praktik, həm də elmi baxımdan mühüm nəticələr doğuracaq.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli dedi ki, STEAM istiqaməti üzrə layihələr artıq uğurla icra olunur və təhsil sistemində real nəticələr verməkdədir. Hazırda ölkədə 600 mindən çox şagird ibtidai siniflərdən rəqəmsal bacarıqlara yiyələnir. Onlar baza biliklərini möhkəmləndirməklə yanaşı, müasir süni intellekt alətləri ilə işləmək imkanları da əldə edirlər.

Yaradıcı düşüncəyə malik nəslin formalaşdırılması birbaşa müəllimlərin rolu ilə bağlıdır. Məhz bu məqsədlə cari ilin sentyabr ayından etibarən Bakıda fəaliyyət göstərən bütün məktəblərdə “Rəqəmsal məktəb” platformasının tətbiqinə başlanılıb. Növbəti ildən etibarən bu platformanın funksionallığının həm şagirdlər, həm də pedaqoji heyət üçün daha da genişləndirilməsi nəzərdə tutulur.

Ləman TƏHMƏZ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri