Süni intellektdən qazanılan pulları vətəndaşlarla bölüşəcəklər
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
2027-ci ildə Tayvanda süni intellektdən əldə edilən dividendlər hesabına hər bir vətəndaşa 10 min Tayvan dolları (təxminən 534 AZN) ödəniləcək.
“Qafqazinfo” “Taipei Times Dawn” nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə ümumilikdə 235,7 milyard Tayvan dolları (12 milyard 580 milyon AZN) ayrılacaq.
Bildirilib ki, bu qərarın qəbul edilməsinə səbəb cari ildə Tayvan iqtisadiyyatının gözləniləndən daha yaxşı göstəricilər nümayiş etdirməsidir. Əldə olunan yüksək nəticələr süni intellektə artan qlobal tələb fonunda yarımkeçiricilər sənayesinin, informasiya-kommunikasiya texnologiyalarının və istehsal zəncirlərinin inkişafı, həmçinin bu sahədə sifarişlərin, tədarüklərin və investisiyaların artması ilə bağlıdır.
Vətəndaşlara birdəfəlik müavinətin ödənilməsinin dövlət büdcəsində kəsirin və ya dövlət borcunun artmasına səbəb olmayacağı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Avqust 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















