Icma.az
close
up
RU
“Apple” kameralı qulaqlıqlar üzərində işləyir süni intellektə yeni yanaşma

“Apple” kameralı qulaqlıqlar üzərində işləyir süni intellektə yeni yanaşma

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Apple” süni intellekt imkanlarını genişləndirmək məqsədilə qeyri-adi bir məhsul üzərində işləyir.

“Bloomberg”in məşhur insayderi Mark Gurman bildirir ki, şirkətin kameralı "AirPods" modeli artıq erkən kütləvi istehsal mərhələsinə yaxınlaşıb. Hazırda bu prototiplər "Apple" daxilində seçilmiş istifadəçilər tərəfindən aktiv şəkildə sınaqdan keçirilir.

Yeni "AirPods" modelində nəzərdə tutulan kameraların məqsədi foto və ya video çəkmək deyil. Əsas funksiyanın ətraf mühitdən vizual məlumat toplamaq və onu Siri ilə inteqrasiya etmək olduğu bildirilir. Məsələn, istifadəçi masadakı ərzaqlara baxaraq "AirPods" vasitəsilə Siri-yə “bunlardan nə bişirə bilərəm?” sualını verə biləcək. Sistem aşağı keyfiyyətli görüntünü analiz edərək uyğun cavab təqdim edəcək. Eyni zamanda bu texnologiyanın naviqasiya zamanı istiqamət müəyyənləşdirmə kimi funksiyalarda da istifadə olunacağı qeyd edilir.

Dizayn baxımından yeni modelin "Apple AirPods Pro" seriyasına bənzəyəcəyi gözlənilir. Lakin kameraların yerləşdirilməsi səbəbindən qulaqlığın sap hissəsinin bir qədər daha uzun olacağı bildirilir. Cihazda həmçinin kiçik LED indikator da yer alacaq. Bu işıq istifadəçiyə vizual məlumatların bulud sisteminə ötürüldüyünü göstərəcək.

İlkin planlara görə, "Apple" bu modeli 2026-cı ilin ilk yarısında təqdim etməyi nəzərdə tuturdu. Lakin yeni Siri sistemində yaranan gecikmələr səbəbindən təqdimat tarixində dəyişiklik edilib. Hazırda yenilənmiş Siri sisteminin sentyabr ayında istifadəyə verilməsi gözlənilir. Buna görə də kameralı "AirPods" qulaqlığının da həmin dövrdə təqdim olunacağı ehtimal edilir.

"Apple"ın süni intellekt əsaslı yeni cihaz strategiyası şirkəti "Meta" Platforms ilə birbaşa rəqabətə gətirir. "Meta" artıq ağıllı eynəkləri ilə bazarda ciddi uğurlar əldə edib. Digər tərəfdən, "OpenAI" şirkətinin də Sİ yönümlü smartfon üzərində işlədiyi iddia olunur. Verilən məlumata görə, "Apple" gələcəkdə ağıllı eynəklər və Sİ əsaslı boyun aksesuarları üzərində də işləyir və bu məhsulların 2027-ci ildə təqdim olunması planlaşdırılır.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 May 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri