Icma.az
close
up
RU
Süni intellektin DAHA BİR TƏLƏSİ: Rəsmi nömrələrdən gələn zənglərə belə...

Süni intellektin DAHA BİR TƏLƏSİ: Rəsmi nömrələrdən gələn zənglərə belə...

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi,  sosial şəbəkələrdə mətni nitqə çevirən süni intellektin səsli autentifikasiyasından istifadə olunmaqla çağırışlar yayılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

Qeyd olunub ki, sözügedən vasitə ilə süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır. Xüsusilə tanınmış şəxslərin səslərindən istifadə edilir.

Bunun qarşısını almaq mümkündürmü? Vətəndaşlar aldadılmamaq üçün nəyə diqqət etməlidir?

Əmrah Mövsümzadə, İT üzrə mütəxəssis

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İT üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, süni intellektin sürətli yayılmasının, eləcə də süni intellekt əsaslı texnologiyaların inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var.

Mənfi tərəflərindən birinin də insan səsinin, görüntülərinin, şəkillərinin alınaraq saxta videoların, səs fayllarının formalaşdırılması olduğunu deyən mütəxəssisə görə, müəyyən sistemlər var ki, mətni yazdıqdan sonra həmin mətn seçilən insanın səsinə çevrilir.

Ə.Mövsümzadənin sözlərinə görə, bir çox insanlar bu tip sistemlərə aldanırlar. Xüsusən də SS7 hücumlarından geniş istifadə edərək bankın, yaxın adamların adından zəng vura və süni intellekt texnologiyaları vasitəsilə səsləri dəyişdirib, saxta görüntü, çağırışlar həyata keçirib insanları aldadırlar:

“Belə məsələlərin qarşısını almaq üçün ilk növbədə şəxs öz yaxınından zəng alırsa, bunu digər kanallar, əlaqə vasitələri ilə dəqiqləşdirməlidir. Ümumiyyətlə, heç kəsə telefonda və ya internet resursu vasitəsilə şəxsi məlumatlar verilməməlidir. Bu məlumatlara bank məlumatları, bankın cvv kodu, kartın bitmə tarixi aiddir. Bunları ötürərkən onları istənilən bir sistemə daxil edə və icazəsiz kartdan pul çıxarda bilirlər”.

Müsahibimiz nəzərə çatdırıb ki, bəzi sosial platformalar süni intellektlə hazırlanmış videoları, faylları ayırd etmək üçün sistemlər hazırlamağa çalışır və bunu da adətən “Facebook” və “Instagram”da görürük. Hansı ki, postlarda etiket vurulur və göstərilir ki, kontent süni intellekt ilə hazırlanıb. Bununla yanaşı bəzi alətlər süni intellektin izləri əsasında kontentin süni intellektlə hazırlanıb-hazırlanmadığını müəyyən edə bilir:

“Təbii ki, yenə də burada əsas məsələ vətəndaşın ayıq-sayıqlığından, ona gələn hər hansı məlumatı düzgün dəyərləndirməsindən asılıdır. İnsanlar rəsmi nömrələrdən belə zəng gəlsə şəxsi məlumatları verməməlidir”.

Bəhruz Əliyev, İT üzrə mütəxəssis

Bakıvaxtı.az-a danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev bildirib ki, bu məsələ çox ciddi və aktual bir məsələyə çevrilməyə başlayıb.

Müsahibimiz nəzərə çatdırıb ki, süni intellektin tanınmış şəxslərin səslərini təkrarlama və ya saxtalaşdırma qabiliyyəti, bir çox etik və hüquqi suallar doğurur ki, bu texnologiyanın inkişafı ilə yanaşı, bunun necə və kimlər tərəfindən istifadə edildiyi böyük narahatlıq doğura bilər.

Bu məsələnin qarşısını almaq və vətəndaşların aldadılmaması üçün bir neçə mühüm addımın olduğunu deyən ekspert qeyd edib ki, ilk növbədə dövlətlər və beynəlxalq təşkilatlar bu cür texnologiyaların istifadəsini tənzimləməli və etik çərçivələr yaratmalıdır. Həmçinin, tanınmış şəxslərin səsindən icazəsiz istifadə edilməsi və ya saxtalaşdırılması qadağan edilməli, bütün ölkələrin qanunvericiliyində bu mövzulara xüsusi yer ayrılmalıdır.

B.Əliyev vurğulayıb ki, vətəndaşlar, xüsusilə sosial şəbəkələrdə yayılan məlumatlara qarşı daha diqqətli olmalı və belə təkrarlanan səslərin saxta olub-olmadığını təhlil etməyə çalışmalıdırlar. Onlar yalnız etibarlı mənbələrdən gələn məlumatlara inanmalıdırlar:

“Süni intellektin saxta səsləri aşkar edə bilən alətlərin inkişaf etdirilməsi vacibdir. Bu alətlər, saxta məlumatların və səsli manipulyasiyaların qarşısını almaq üçün vətəndaşlara kömək edə bilər”.

Həmsöhbətimizin fikrincə, sosial şəbəkə platformaları süni intellektlə yaradılmış saxta səsləri, şəkilləri və videoları aşkar etmək üçün alqoritmalar tətbiq etməli və bu cür məzmunları asanlıqla silmək üçün sistemləri olmalıdır.

“İnsanlar süni intellektin və onun potensial fırıldaqlarının necə işlədiyini başa düşməlidirlər. Bu cür məsələlərə dair təhsil və maarifləndirmə kampaniyaları genişlənməlidir. Bu kimi texnologiyalar ilə mübarizə çox mürəkkəbdir, amma tənzimləmə və maarifləndirmə ilə mənfi təsirləri minimuma endirmək mümkün ola bilər”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri