Süni intellektin səhvi az qala ABŞ ni Çinlə müharibəyə sürükləyirmiş
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
ABŞ ordusu süni intellektin köməyilə hazırlanmış səhv kəşfiyyat təhlilinə görə Yaxın Şərqdə nüvə silahı komponentləri daşıdığı güman edilən Çin gəmisini dayandırmaq üçün yüksək hazırlıq vəziyyətinə keçib.
“Qafqazinfo” xəbər verir ki, CNN-ə danışan dörd ABŞ mənbəsinin məlumatına görə, hadisə bu ilin yazında ABŞ və İsrailin İrana qarşı intensiv hücumları zamanı qeydə alınıb.
ABŞ ordusu daxilində yayılan kəşfiyyat hesabatında Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin İranın nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia edilib.
Bunun ardınca ABŞ ordusu gəmini “hərbi şəkildə” ələ keçirmək üçün əməliyyata hazırlaşıb. Lakin planlaşdırılan əməliyyatdan qısa müddət əvvəl rəsmilər yekun hesabatın daha ətraflı araşdırılmasını tələb ediblər.
Məlum olub ki, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən hazırlanan hesabat süni intellektin köməyi ilə hazırlanıb. Analitikin istifadə etdiyi çatbot isə gəminin daşıdığı yükü səhv müəyyənləşdirib.
ABŞ mənbələrindən biri hesabatı “tamamilə səhv, az qala müharibəyə gətirib çıxarırdı” sözləri ilə təsvir edib.
Mənbənin sözlərinə görə, Çin gəmisinə qarşı hərbi əməliyyat ABŞ və Çin arasında silahlı münaqişəyə çevrilmək riski yaradıb.
Hesabatda gəminin daşıdığı yükün nə olduğu açıqlanmayıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə hadisə ilə bağlı şərh tələbinə cavab verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Sentyabr 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















