Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Səhər yeməyində buna diqqət edin!

Panik atakla infarktı necə ayırd etmək olar?

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Süni intellektlə profil şəkilləri, videolar və hətta canlı görüntülər saxtalaşdırılır Ehtiyatlı olun!

Süni intellektlə profil şəkilləri, videolar və hətta canlı görüntülər saxtalaşdırılır Ehtiyatlı olun!

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Texnologiyanın inkişafı bir çox işləri yüngülləşdirib. Süni intellekt də həmin texnologiyanın bir parçasıdır ki, burada xəyal etdiyin rəsmi çəkdirə, musiqi oxuma, dərdləşmə, araşdırma kimi maraqlı fəaliyyətlərlə məşğul ola bilərsən. Amma müsbət olduğu qədər mənfi tərəfləri də az deyil. Onun vasitəsilə kiberdələduzluq etmək də çox asanlaşıb. 

Süni intellekt nədir və burada necə fırıldaqçılıq olunur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan data mütəxəssisi Natiq Məmişov bildirdi ki, süni intellekt asanlıqla şəxsi məlumatlarımızdan istifadə edə bilər. Onun sözlərinə görə, süni intellekt insan həyatındı asanlaşdırmaq üçün çox böyük potensial təqdim edir:

"Amma həddən artıq istifadənin zərəri var. Süni intellektin təhlükəsizlik, məxfilik, sosial etibar kimi ciddi problemi var və bu sahələrə mənfi təsir göstərir. Buna bir neçə başlıq altında baxmalıyıq. Bir şəxsiyyətin identifikasiyası və dəyişdirilməsi məsələsi var. Məsələn, səsin kopyalanması birinci başlıq ola bilər. Çünki süni texnologiyalar bir şəxsin səsini təqlid edə bilir. Bunun vasitəsilə maliyyə və şəxsi məlumatların hamısı oğurlana bilər. Bundan başqa burada diffekt, yəni dərin saxtakarlıq edilir. Məsələn, profil şəkilləri, videolar və hətta canlı görüntülər saxtalaşdırılır. Fırıldaqçılıq və kiberhücumlar artıq profesionallaşıb. Saxta linklər həqiqisindən seçilmir. Çünki burda kiber hücumların avtomatlaşdırılması və hədəfə uyğunlaşdırılması daha təsirli olur. Burada hədəfə alınan insan geniş çərçivədə araşdırıla bilir. Süni intellekt böyük həcmli məlumatları təhlil edir ki, bu da şəxsi məlumatların icazəsiz istifadəsi siqnalını artırır. Bunun bir də sosial psixoloji təsirləri var. Məsələn, saxta xəbərlər sosial etibarı zədələyə və insanların məlumata güvənini sarsıda bilər. Məsələn, dəqiq bilə bilmirsən ki, bu süni intellektdən çıxan videodur, yoxsa real bir videodur, yoxlamaq da çətin olur. Hətta, məsələn, məşhur və siyasi şəxslər də bununla bağlı ciddi problem yaşaya bilər".

Mütəxəssis süni intellekt təhlükəsindən necə qorunmaq lazım olduğunu da açıqladı.

"Birinci bununla bağlı məlumatlandırma, maarifləndirmə aparılmalıdır. Fərdi təhlükəsizlik qaydaları genişləndirilməlidir. İkinci məsələ hüququ tənzimləmədir. Süni intellektin təhlükəsizlik və etik istifadəsi üçün beynəlxalq qanun, yerli qanun və qaydalar hazırlanmalıdır. Bununla bağlı Avropada çox ciddi, artıq konstitusional tipli hazırlıqlar gedir. Çünki bu, tək lokal bir problem deyil, xaricdən də müdaxilələr ola bilər. Yaradıcı süni texnologiyanı inkişaf etdirən şirkət möhkəm nəzarət mexanizmləri qurmalıdır. Zərərli fəaliyyəti aşkarlayan sistemlər hazırlanmalıdır. Bundan sonra şəxsi məlumatların qorunması məsələsi gəlir. Şəxsi məlumatları paylaşanda diqqətli olmaq və yalnız etibarlı platformalardan istifadə etmək vacibdir. Bununla yanaşı şəxsiyyət doğrulma sistemlərinin gücləndirilməsi lazımdır ki, fırıldaqçılıq azalsın. Süni intellekt insanlığın problemlərini həll etmək üçün mühüm vasitədir. Təbii ki, mühüm bir vasitə olduğu üçün də onun zərərli və sui-istifadə ehtimallarına ciddi yanaşmaq lazımdır", - deyə Natiq Məmişov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Yanvar 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see349

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see233

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see213

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see212

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see209

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see181

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see181

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see178

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see175

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see174

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see174

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see171

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see167

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see164

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see163

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see163

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri