Icma.az
close
up
RU
Süni ot, sərt külək, soyuq və aramsız yağış Qarabağa mane olacaqmı? İdman və Biz

Süni ot, sərt külək, soyuq və aramsız yağış Qarabağa mane olacaqmı? İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avrokubokların liqa mərhələsinin startı ərəfəsində “Opta” superkompüteri müəyyənləşdirmişdi ki, pley-offa çıxmaq istəyən komanda azı 9 xal qazanmalıdır. Yəni 3 qələbə və ya 2 qələbə və 3 heç-heçə kimi nəticələr ilk 24 komanda arasında yer almağa kifayət edə bilər.

İdman.biz xəbər verir ki, hesabında hələ xal olmayan “Qarabağ” üçün artıq “özünəgəlmək” zamanıdır.

Bu gün Norveçdə “Bodo Qlimt”lə çətin qarşılaşmada uduzmamaq liqa mərhələsinin, necə deyərlər, ikinci dövrəsinə ümidlə baxmağa imkan verəcək.

Azərbaycan çempionu UEFA Avropa Liqasının ilk üç matçında oyun baxımından, demək olar ki, rəqiblərindən geri qalmayıb. Amma dəfələrlə qol imkanlarından yararlanmayıb, cəmi bir dəfə rəqib qapılarına yol tapıb. Üstəlik, komandamızın liqada qapısından ən çox top buraxan (8) iki komandadan biri olması da narahatlıq yaradır.

Düzdür, “Qarabağ” növbəti mərhələyə vəsiqə verən 24-cü yerdən cəmi üç xal geri qalır. Amma hər növbəti uğursuzluq komandanı hədəfdən uzaqlaşdırır…

Daha iki komanda - “Makkabi Təl-Əviv” və “Dinamo Kiyev” də xal üzünə həsrət qalsa da, top fərqinə görə sonuncu – 36-cı yerdə məhz “Qarabağ” qərarlaşıb. Bu da son illərdəki çıxışına görə alqışlar qazanan çempionumuza yaraşmayan nəticədir.

Tarixə nəzər salsaq görərik ki, bundan əvvəl “Qarabağ” iki dəfə Avropa Liqasında qrup mərhələsinə üç məğlubiyyətlə başlayıb. 2018-ci ildə uğursuz startdan sonra dördüncü oyunda Ukraynada “Vorskla”ya 1:0 hesabı ilə qalib gəlib, elə yekunda da qrupda bu üç xalla 4-cü olub.

2020-ci ildə pandemiya dövründə isə Bakıda heç oynamayan “Qarabağ”ın ardıcıl məğlubiyyətlərinin sayı hətta dörd oyuna çatıb, onda da qrupu bir xalla 4-cü yerdə bitirib.

Hazırda Norveç liqası UEFA-nın reytinqində Türkiyədən cəmi bir pillə aşağıda - 11-ci yerdədir, iki klubu da avrokuboklarda mübarizəni davam etdirir. Rəqib “Bodo Qlimt” də bu liqada son dörd mövsümdə 3 dəfə çempion olmuş komandadır.

Norveçin nüfuzlu “Aftenposten” qəzetinin baş idman yazarı Erlend Nesje ilə söhbət zamanı qarşıdakı oyunu da müzakirə etdik. Norveçli jurnalist deyir: “Bodo Qlimt” hələ də “Eliteserien”də liderlik edir, lakin ay yarım ərzində onlar ən yaxın izləyiciləri ilə aralarındakı 10 xal fərqini itiriblər və indi zirvədə “Brann”la eyni xala malikdirlər. Yaydakı kimi yaxşı formada deyillər və hücumçu mövqelərində zədələrlə mübarizə aparırlar. Əksər rəqiblərindən daha yaxşı oynasalar da, çoxlu qol imkanlarını əldən veriblər. Bununla belə, Avropa Liqasında iki qələbə və bir heç-heçə ilə işləri yaxşı gedir”.

Amma norveçlilər “Qarabağ”a hörmətlə yanaşırlar: “Bodo Qlimt” bilir ki, “Qarabağ” keçmişdə Norveç klublarına problem yaradıb. 2020-ci ildə Çempionlar Liqasının seçmə mərhələsində “Molde” kimi güclü komandanı məğlub etməyə yaxın olublar. Ötən mövsümdəsə “Molde”nin Avropa Liqasında irəliləmək arzusunu darmadağın ediblər.

“Bodo-Qlimt” Portuqaliyanın “Portu” və “Braqa” klublarını məğlub etsə də, yaxşı bilir ki, həmişə əzmkar mübarizə aparan "Qarabağ"ı qiymətləndirməmək olmaz”.

Nesje maraqlı bir məqama da toxunub: “Norveç komandası Avropada süni ot örtüyündə oynamaq üstünlüyünə malikdir və ilk matçda evdə “Portu”ya 3:2 hesabı ilə qalib gəlib. “Bodo Qlimt” Avropada uğura acdır və öz meydanında böyük üstünlük əldə etməyə çalışır. Süni ot, sərt külək, soyuq və aramsız yağış rəqiblərin çoxunu məyus edir”.

Bu maneələr “Qarabağ”a qələbə qazanmaqda mane olacaqmı?

Rasim
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri