Icma.az
close
up
RU
Süni super intellekt nədir və ondan qorxmağa dəyərmi?

Süni super intellekt nədir və ondan qorxmağa dəyərmi?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ChatGPT və ya "Google Gemini" kimi süni intellekt (Al) alətlərindən elektron poçtlar yazmaq, fotolar yaratmaq və tapşırıqları avtomatlaşdırmaq üçün istifadə edərkən, süni ümumi intellekt (AGI) yaratmaq uğrunda yarış artıq sürət qazanır. 

Qaynarinfo xəbər verir ki, "Meta" şirkətinin Mark Zukerberq və "Tesla"nın sahibi İlon Mask kimi böyük texnologiya şirkətlərinin baş direktorları daha iddialı bir şeyə - süni super intellektə (ASI) yönəliblər.

AI, AGI və ASI arasındakı fərq - Bu terminlər oxşar səslənsə də, tamamilə fərqli imkan səviyyələrini ifadə edir:

- AI (dar süni intellekt): mətn və foto generasiyası kimi konkret tapşırıqları yerinə yetirir və insana ehtiyac duyur.

- AGI (ümumi süni intellekt): maşın xüsusi hazırlıq olmadan düşünəcək, öyrənəcək, qərar verəcək və müxtəlif problemləri həll edə biləcək.

- ASI (süper süni intellekt): insan imkanlarını aşaraq tam müstəqil qərar verəcək və insan müdaxiləsi olmadan özünü təkmilləşdirəcək.

Süni super intellekt nədir?

Süper intellekt - insan intellektini bütün sahələrdə aşan hipotetik sistemdir. Kodu yazmaqdan və video yaratmaqdan tutmuş mürəkkəb cərrahi əməliyyatlara və avtomobil idarə etməyə qədər hər işi eyni anda yerinə yetirə bilər. Bu, müasir Al sistemlərinin çatmadığı əsas fərqdir.

Filosof Nik Bostrom süni super intellekti "insanın koqnitiv qabiliyyətlərini əhəmiyyətli dərəcədə üstələyən hər cür intellekt” kimi təsvir edir.

Müasir Al sistemləri təkmilləşmək üçün insanlara, kodlaşdırmaya və iri həcmli məlumatlara ehtiyac duyur. Lakin super intellekt, nəzəri baxımdan, öz alqoritmlərini və idarəetmə sistemlərini özü yeniləyə, özü inkişaf etdirə bilər.

ASI nə vaxt yaranacaq və ondan qorxmağa əsas varmı?

"OpenAl"ın rəhbəri Sem Altman və İlon Mask super intellektin 2030-cu ilə qədər yarana biləcəyini deyirlər. Lakin onun mümkün olub-olmadığına dair dəqiq bir əminlik yoxdur.


Maşınlar insandan daha ağıllı olarsa və müstəqil inkişaf etməyi bacararsa, ehtiyatsız davranıldıqları halda Al-ın nəzarətdən çıxma ehtimalı mövcuddur. Bəzi ekspertlər super intellektin yaxın onillikdə ortaya çıxa biləcəyini bildirir, investorlar isə bu sahəyə milyardlarla dollar yatırırlar.

2023-cü ildə "OpenAI” qurucularından Qreq Brokman və İlya Sutskever, eləcə də Sem Altman, super intellektin insanlıq üçün təhlükə yaratmaması üçün beynəlxalq tənzimləyicinin yaradılmasına çağırış etmişdilər. 2024-cü ildə Sutskever "OpenAI”dan ayrılaraq təhlükəsiz superintellekt yaradılmasına yönəlmiş startap qurub.

Superintellektin insanlara mürəkkəb problemlərin həllində kömək edəcəyi düşünülür; hətta bəziləri bunun "insanın son ixtirası” ola biləcəyini deyir. Lakin risklərin potensial faydalardan çox olduğu da vurğulanır.

Potensial risklər

- İş yerlərinə təhdid: l artıq bir çox sahədə insan əməyini əvəz edir, ASİ isə bütöv sənayeləri yox edə bilər.

- Ekzistensial risk: Maşınların müstəqil düşünməsi və idarəedici sistemləri ələ keçirməsi insanlıq üçün təhlükə yaradaraq milli təhlükəsizlikdən tutmuş mümkün məhvolma ssenarilərinə qədər geniş risklər daşıya bilər.

2025-ci ilin oktyabrında Stiv Voznyak, Demis Hassabis, Dario Amodey, Geoffri Hinton və Yoşua Benjio da daxil olmaqla 850-dən çox A eksperti açıq məktub imzalayaraq superintellektin təhlükəsiz olduğu təsdiqlənənə qədər onun inkişafının dayandırılmasını tələb edib.

"OpenAI” rəhbəri Seəm Altman yaxın zamanda verdiyi açıqlamada Al-ın "həqiqi olmayan işi” əvəz edəcəyini bildirib. Bu yeni texnologiya hansı işlərin real dəyər yaratdığını, hansılarının isə sadəcə fəaliyyət görüntüsü verdiyini üzə çıxaracaq. Altmanın bu açıqlaması geniş tənqid və müzakirələrə səbəb olub.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri