Sunniya Durrani Camal: Azərbaycan maliyyə sektorunda dayanıqlı inkişaf siyasəti həyata keçirir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan maliyyə sektorunda dayanıqlı inkişaf siyasəti həyata keçirir.
“APA-Economics” xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Azəbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal Bakıda keçirilən “ASM 2025 Launch Seminar”da çıxışı zamanı deyib.
O əlavə edib ki, Azərbaycan hökuməti maliyyə sektorunun dayanıqlı inkişafı üzrə 2023–2026-cı illəri əhatə edən siyasət və yol xəritəsini icra edir. Azərbaycan həmçinin milli “yaşıl taksonomiya”nın formalaşdırılması üzərində mühüm işlər görür. Bu işlərin məqsədi müxtəlif yurisdiksiyalar üzrə taksonomiya anlayışları və təriflərində uyğunluğun təmin edilməsidir.
“Bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə ardıcıllığın və anlayış birliyinin yaradılmasına xidmət edir,” – deyə ölkə direktoru qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















