Super ağır çəkidə yeni intriqa: Azərbaycan çempionatı qüvvələr balansını dəyişdi in İCMALI
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Ötən həftəsonu başa çatan güləş üzrə Azərbaycan çempionatı bir sıra gözlənilməz nəticələrlə yadda qaldı və bu nəticələr milli komandaların bir neçə çəki dərəcəsində qüvvələr nisbətinə ciddi təsir göstərə bilər.
İdman.Biz xəbər verir ki, bu, ilk növbədə sərbəst güləş üzrə Azərbaycan çempionatına aiddir. Klassik güləş üzrə yarışdan fərqli olaraq, sərbəst güləş çempionatında ölkənin bütün ən güclü güləşçiləri iştirak ediblər.
Ən böyük sürprizlərdən biri isə super ağır çəki dərəcəsində qeydə alınıb. Bu çəkidə gənc Yusif Dursunov çempion adını qazanıb. O, final görüşünü faktiki olaraq mübarizəsiz qalib gəlib, çünki rəqibi, Parisdə keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı Georgi Meşvildişvili zədə səbəbindən xalçaya çıxmayıb. Bununla belə, gənc idmançının qazandığı uğuru kiçiltmək olmaz. Xüsusilə onu nəzərə alsaq ki, ağır çəki dərəcələrində Azərbaycanın öz yerli güləşçiləri ya çox azdır, ya da bəzən ümumiyyətlə yoxdur.
Eyni zamanda, Yusif Dursunovu “qaranlıq at” adlandırmaq çətindir. O, artıq uzun müddətdir ki, aşağı yaş qruplarında özünü təsdiqləyib və dünya, eləcə də Avropa çempionatlarında dəfələrlə fəxri kürsüyə yüksəlib.
Bununla yanaşı, gənclər səviyyəsindən böyüklər kateqoriyasına keçidin çox vaxt çətinliklərlə müşayiət olunduğu hamıya məlumdur və Dursunovu böyüklər arasında beynəlxalq arenada hələ ciddi sınaqlar gözləyir. Bununla belə, artıq indidən demək olar ki, Meşvildişvili super ağır çəki dərəcəsində daha qeyd-şərtsiz lider sayılmır. Artan rəqabət isə, məlum olduğu kimi, idmançıların inkişafına müsbət təsir göstərir.
Rəqabət mövzusunu davam etdirərək, İranlı idmançı, müxtəlif yaş kateqoriyalarında dördqat dünya çempionu olan Amirreza Masuminin bu yaxınlarda Azərbaycan sərbəst güləş millisinin heyətinə qoşulmasını da qeyd etmək lazımdır. Beləliklə, 2026-cı ildə güləşsevərləri super ağır çəki dərəcəsində əsas heyətdə yer uğrunda Masumi, Dursunov və Meşvildișvili arasında ciddi mübarizə gözləyir. Hazırda bu üçlük arasında aşkar favorit göstərmək isə olduqca çətindir.
Teymur Tuşiyev
İdman.Biz
Baxış sayı:100
Bu xəbər 12 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















