Superbakteriyaları sarıkök məhv edə bilər Yeni sınaq
Icma.az bildirir, Medicina saytına əsaslanaraq.
Alimlər superbakteriyalarla mübarizə üçün 2 vasitəni sınayıblar.
“Medicina” xəbər verir ki, Texas A&M Universitetinin alimləri sarıkökün parlaq sarı rəngini verən curcumin birləşməsindən istifadə edərək antibiotiklərə davamlı bakteriyalarla mübarizə aparmağın yeni yolunu təklif ediblər.
MRSA (metisillinə davamlı Staphylococcus aureus) kimi superakteriyalar sağlamlıq üçün ciddi təhlükə yaradır. Onlar əksər antibiotiklərə davamlıdırlar, bu da infeksiyaların müalicəsini çətinləşdirir.
Komanda fotosensibilizator funksiyasını yerinə yetirən kurkuminin işıqla aktivləşdirildiyi fotodinamik inaktivasiya üsulundan istifadə edib. Bu, bakteriyaları içəridən məhv edən reaktiv oksigen növlərinin meydana gəlməsinə səbəb olur.
Staphylococcus aureus ştammları üzərində aparılan təcrübələr göstərdi ki, kurkumin və işıqla müalicədən sonra bakteriyalar antibiotiklərə qarşı daha həssas olur.
"Bu üsul bakterial dözümlülüyü azaldır, antibiotiklərin effektiv dozasını seçməyi asanlaşdırır"- deyə Dr. Vanderlei Bagnato izah edir.
Alimlər ümid edirlər ki, onların kəşfi hər il milyonlarla insanın həyatına son qoyan qlobal antibiotik müqaviməti problemini aradan qaldırmaq üçün bir addım olacaq.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















