Icma.az
close
up
RU
Çin mədəninin dərinliklərində superbakteriyaları məhv edən güclü antibiotik kəşf edilib

Çin mədəninin dərinliklərində superbakteriyaları məhv edən güclü antibiotik kəşf edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 may, AZƏRTAC

Alimlər Çin mədənində güclü antimikrob maddə aşkar ediblər. Bu, Amycolatopsis bakteriyasının nadir ştamı tərəfindən istehsal olunan yeni qlikopeptid antibiotik olan “Saarvienin A”dır. Laboratoriya şəraitində maddə qram-müsbət bakteriyalara, o cümlədən metisilin, vankomisin və Staphylococcus aureusun daptomisinə davamlı stamlara qarşı yüksək effektivlik göstərib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, antibiotik nadir torpaq metallarının dünyada ən böyük yataqlarının yerləşdiyi Bayan-Obo bölgəsində (Daxili Monqolustan) aşkar edilib. Vyana Universitetinin və Saaradakı Helmholts Əczaçılıq Tədqiqatları İnstitutunun alimləri laboratoriyada bakteriya yetişdirib, onların təbii birləşmələrini çıxarıblar. Onların arasında “Saarvienin A” da olub.

“Saarvienin A” klassik antibiotiklərdən fərqli hərəkət edir, onun dəqiq mexanizmi isə hələ də araşdırılır. O, digər məlum antibiotiklərdən fərqli olan unikal quruluşa malikdir. Bu, bakteriyaların hələ rast gəlmədiyi preparatların yaradılmasına yol açır”, - deyə Vyana Universitetinin Əczaçılıq elmləri kafedrasından olan tədqiqat müəllifi Xayme Felipe Gerrero-Garzon bildirib.

“Növbəti mərhələ onun əsasında insanlar üçün kliniki dərman hazırlamağın mümkün olub-olmayacağının yoxlanmasıdır”, - deyə Vyana Universitetindən tədqiqatın həmmüəllifi Sergey B.Zotçev əlavə edib.

“Alimlər ümid edirlər ki, bu, 2019-cu ildə dünyada artıq 1,27 milyon insanın ölümünə səbəb olan, 2050-ci ilə qədər isə bu rəqəmin 8,22 milyona çata biləcəyi antibiotiklərə qarşı müqavimətlə mübarizədə kömək edəcək”, - deyə “IFL Science” yazır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see283

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see154

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see146

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see130

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see130

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see125

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see124

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see122

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see122

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see122

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri