Icma.az
close
up
RU
Supermarketlər şəbəkəsində yeni fırıldaq üsulunu vətəndaş İFŞA ETDİ VİDEO

Supermarketlər şəbəkəsində yeni fırıldaq üsulunu vətəndaş İFŞA ETDİ VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Müştərinin bəzi marketlərlə bağlı səsləndirdiyi iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddialara görə, bir sıra marketlərdə son istifadə tarixinə az qalan məhsullar qəsdən ön rəflərə yerləşdirilir, istifadə müddəti daha uzun olan eyni məhsullar isə arxa sıralarda saxlanılır. Məqsəd isə alıcıların diqqətini ön rəflərdəki məhsullara yönəltməklə onların daha tez satılmasına nail olmaqdır.

Avtosfer.az xəbər verir ki, sözügedən vəziyyətlə bağlı bir müştəri alış-veriş zamanı video çəkərək bu halı qeydə alıb və görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Videoda eyni məhsulun fərqli son istifadə tarixlərinə malik variantlarının rəflərdə necə yerləşdirildiyi açıq şəkildə görünüb. Paylaşım qısa müddətdə geniş yayılaraq çoxsaylı istifadəçilərin diqqətini çəkib və ictimai müzakirələrə yol açıb. Bir çox vətəndaş bu halın istehlakçı hüquqlarının pozulması olduğunu bildirərək marketlərə nəzarətin gücləndirilməsini tələb edib.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıya malı sırımaq üçün istehsalçıların, satıcıların və marketoloqların minlərlə fırıldaqları var və onlar o variantlardan istifadə edirlər, hansı ki, qanun belə onu qadağa etmir. Bu cür malların belə düzülməsini qanun qadağa etmir. 
“Dindirəndə də deyirlər ki, marketinq işidir. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar, media nümayəndələri əhalinin gözünü açır ki, seçimlərini düzgün etsinlər. Bir mənalı şəkildə yararlılıq vaxtı keçmiş malın satışı qadağandır. Lakin yararlılıq vaxtı keçməyibsə, bu cür düzülüş edə bilərlər. Qanun bunu qadağa etmir. Hərçənd ki, Azad İstehlakçılar Birliyi bununla razı deyil. Bəzi ölkələrdə, Mərkəzi Avropa ölkələrində malın yararlıq müddətinə 15 gün qalmış keçirilir başqa bir ticarət şəbəkəsinə və nisbətən ucuz satılır. Halbuki yararlılıq vaxtı az qalmış maldır. Bu iş də qanunvericiliklə tənzimlənir. Azərbaycanda isə qanunvericilik malların bu cür düzlüşünü qadağa etmir. Ona görə də satıcılar bu vəziyyətdən su istifadə edir və mallarına belə düzlüş edir və malın hamısını satmaq üçün belə variantlardan istifadə edirlər”.

Eyyub Hüseynov vətəndaşlara vaxtı keçmiş mallarla rastlaşdığı halda “1003” qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edir.

Bəs görəsən belə hal sosial baxımdan bu, manipulyasiya forması sayıla bilərmi?

Bununla bağlı sosioloq Yusif Nəbiyev bildirib ki, market rəflərində son istifadə tarixinə daha az qalmış məhsulların daha ön sıralara yerləşdirilməsi praktikası sadəcə Azərbaycana xas bir "fırıldaq" deyil, bu, qlobal bir praktikadır:
“Bu praktikanı dərhal manipulyasiya adlandırmaq bir az emosional yanaşmadır. Əslində “daha əvvəl köhnələni birinci satmaq" prinsipi dünya üzrə pərakəndə satışın standart qaydalarından biridir və məqsədi məhsulun son istifadə tarixinə çatmadan satılmasını, yəni israfın qarşısının alınmasını təmin etməkdir. Burada nə qanunsuzluq, nə də qeyri-etik davranış var. Məhsullar açıq şəkildə etiketlənir, son istifadə tarixi gizlədilmirsə, burada qeyri-şəffaf bir şeydən danışa bilmərik. Əgər istehlakçı məlumatı oxumamağı seçirsə, bu artıq sosial davranış məsələsidir, ticarət fırıldağı yox”. 

Sosioloqun fikrincə, müasir dövrün şəhərliləri qida israfının sistematik olduğunu anlamalı və bununla vətəndaş səviyyəsində olsa belə mübarizə aparmalıdırlar:
“Əgər şəffaflıq olmazsa, o halda etimadsızlıq yarana bilər. Misal üçün, marketlər tarixləri gizlətsə, köhnə məhsulları yeni qablaşdırmada təqdim etsə, qısacası, aldatma niyyəti güdsəydi, o zaman etimad zədələnərdi. Bu praktika isə sosial baxımdan manipulyasiya yox, daha çox davranışın yönləndirilməsi nümunəsidir. Bu, bir faktdır ki, bu praktika həm bizneslər üçün iqtisadi baxımdan səmərəlidir, həm də qida israfının azalmasına real töhfə verir. Hansı ki, bu da öz növbəsində müasir cəmiyyətlər üçün heç də kiçik məsələ deyil.  Mən şəxsən özüm bir istehlakçı olaraq, son istifadə tarixi keçmədiyi müddətcə ərzaq alarkən daha "köhnə" olanları seçirəm. Nəzərəçarpacaq fərq yoxdursa, bu günün yox, məsələn dünənin çörəyini götürürəm”.
Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Dekabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri