Suqovuşan kəndində müasir infrastruktur qurulur FOTOLAR
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdərə rayonunun Suqovuşan kəndində genişmiqyaslı quruculuq, abadlıq və infrastruktur layihələri həyata keçirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində kəndə köç edən sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi məqsədilə hündürmərtəbəli yaşayış binalarından ibarət müasir yaşayış kompleksi salınıb.
Kənddə coxmənzilli yeni yaşayış binaları ilə yanaşı, sosial infrastrukturun yaradılmasına da xüsusi diqqət yetirilib. Kənddə məscid, məktəb və tibb məntəqəsi fəaliyyət göstərir.Suqovuşanda kommunal infrastruktur da yenidən qurulub.
Sakinlər fasiləsiz elektrik enerjisi, içməli su, yüksək sürətli internet və təbii qazla təmin edilir. Əhalinin gündəlik tələbatlarının daha rahat qarşılanması üçün kənddə market yaradılıb, bankomat quraşdırılıb. Kənddaxili yolların və ətraf ərazilərin abadlaşdırılması, ictimai məkanların yaradılması istiqamətində də işlər görülüb.
Beləliklə, Suqovuşanda müasir və rahat yaşayış üçün zəruri infrastruktur formalaşdırılıb. Yaşayış kompleksində idarəetmə və sakinlərin gündəlik tələbatlarının təmin olunması istiqamətində də sistemli iş aparılır.
“Ağdərə-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) sədri Xətayi Aslanov deyib ki, qurumun fəaliyyətinin əsas məqsədi yaşayış kompleksində sakinlərin rahatlığını, təhlükəsizliyini və nizam-intizamı yüksək səviyyədə təmin etməkdir.
Onun sözlərinə görə, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq fəaliyyətlərinin ana xətti yaşayış kompleksindəki sakinlərin rahatlığını, təhlükəsizliyini və nizam-intizamı yüksək səviyyədə təmin etməkdir.
O bildirib ki, çoxmənzilli binaların idarə olunması böyük məsuliyyət və gündəlik diqqət tələb edir:
“Biz işimizi təkcə cari təmizlik və ya kommunal məsələlərlə məhdudlaşdırmırıq. Binaların mərkəzi istilik və su təchizatından tutmuş, liftlərin texniki təhlükəsizliyinə, qarajların istifadəsindən kanalizasiya və digər infrastruktur xətlərinin sazlığına qədər hər bir xidmət sahəsinə sistemli yanaşırıq”.
Xətayi Aslanov onu da qeyd edib ki, sakinlərlı daimi əlaqə saxlayırlar, hər bir müraciət operativ araşdırılır və həllini tapır:
“Məqsəd kompleksi daha abad, idarəetməni isə daha müasir və nümunəvi müstəviyə qaldırmaqdır. Suqovuşanın yenidən canlandırılması, müasir yaşayış məntəqəsinə çevrilməsi ilə yanaşı, ərazinin turizm imkanlarının inkişaf etdirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir.
Kəndin üstün cəhətlərindən biri onun əlverişli təbii-coğrafi mövqeyi və zəngin təbiətidir. Meşələri, dağlıq relyefi və su anbarı Suqovuşanda turizmin inkişafı üçün əlverişli şərait yaradır. Bu gün Suqovuşanda aparılan quruculuq işləri kəndin simasını dəyişməklə yanaşı, onun sosial-iqtisadi və turizm potensialının gələcəkdə daha da artırılmasına imkan yaradır”.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Sentyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















