Suqovuşanda Qələbə qülləsi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
İllərin həsrəti, qəlblərdə közərən Vətən nisgili qəhrəman oğullarımızın hünəri ilə qürura çevrilib. Uzun illər yad əllərdə qalan Suqovuşan öz doğmalarına qovuşub, səmasında üçrəngli bayrağımız qürurla dalğalanır.
2020-ci il oktyabr ayının 3-də Suqovuşanda müqəddəs bayrağımızı ucaldan, bu şərəfli anı bizə yaşadan igidlərdən biri də İlkin Fərzəliyevdir.
İlkin Fərzəliyevin döyüş yolu 2020-ci il 27 sentyabrdan başlayıb. Suqovuşana qədər keçilən çətin döyüş yollarında kəşfiyyatçı kimi ön sıralarda yer alıb, bir neçə kəndin və strateji yüksəkliyin azad olunmasında iştirak edib. İgid əsgərimiz deyir:
– Vətən uğrunda döyüşənlərin ən böyük arzusu düşməndən geri alınan doğma torpağına bayraq sancmaqdır. Bu, həm məsuliyyətli, həm şərəfli, eyni zamanda da təhlükəlidir. Əgər bunu gözə alırsansa, demək ki, Vətən, millət yolunda, sözün əsl mənasında, canından belə keçməyə hazırsan. Həqiqətən də bu hissləri sözlə ifadə etmək mümkün deyil. Günlərlə yol gedirdik, yaralı yoldaşımıza kömək edirdik, eyni zamanda da döyüşürdük. Bizim üçün əsas bayrağımızı qaldırmaq, yüksəkdə dalğalandırmaq idi. Allaha çox şükürlər olsun ki, arzumuza çatdıq. Hər dəfə o yerlərə gedəndə eyni hissləri, eyni duyğuları yaşayıram, o anlar gözümün önündə canlanır.
Qeyd edək ki, İlkin Fərzəliyev 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Fidan ƏLİYEVA
XQ
Baxış sayı:63
Bu xəbər 09 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















