Şura media subyektlərinə müraciət etdi
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir.
Newscenter.az xəbər verir ki, bu fikirlər Media və Yayım Şurasının açıqlamasında yer alıb. Qurum bildirir ki, bu cür təqdimat auditoriyada xəbərin məzmunu, hadisənin coğrafi məkanı və tərəflər arasında aparılan əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür formalaşdıra bilər:
"Eyni görüntülərin digər media resurslarında və sosial şəbəkə platformalarında təkrar paylaşılması isə yanlış təsəvvürlərin daha geniş auditoriyaya yayılmasına və mövzu ətrafında əsassız müzakirələrin yaranmasına zəmin yaradır".
"Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini xəbərlərin vizual tərtibatında istifadə olunan materialların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa, vizual materialların xəbərin məzmununa uyğunluğunu təmin etməyə və auditoriyanı yanıltmağa səbəb ola biləcək təqdimatlara yol verməməyə çağırır",-deyə açıqlamada bildirilir.
Süleyman
Bu mövzuda digər xəbərlər:ANAMA yanında İctimai Şura müraciət etdi
12 Yanvar 2026 18:20
Agentlik media subyektlərinə çağırış etdi
09 Dekabr 2024 19:21
AZSTAND standartlaşdırma subyektlərinə müraciət edib
15 Aprel 2025 16:34
AQTA yanında İctimai Şura sahibkarlara müraciət edib
19 Dekabr 2024 10:28
Şura bloger və tiktoker lərə müraciət edib
03 Fevral 2026 12:27
Baxış sayı:67
Bu xəbər 13 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















