Icma.az
close
up
RU
Suraxanı rayonunda iftar süfrəsi açılıb FOTOLAR

Suraxanı rayonunda iftar süfrəsi açılıb FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən açılan 450 nəfərə yaxın iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat nümayəndələri, aztəminatlı ailələr və digər qonaqlar iştirak ediblər.

"Unikal" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək mənəvi paklıq, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib. O, həmçinin ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin hər sahədə yüksək inkişaf yolunda inamla irəlilədiyini, torpaqlarımızın işğaldan azad edilməsinin xalqımıza tarixi qürur bəxş etdiyini vurğulayıb. 

Milli Məclisin deputatı Afət Həsənova çıxış edərək Ramazan ayının insanlara mənəvi yüksəliş, səbr və şükür hissi aşıladığını söyləyib. O, belə bir müqəddəs ayda keçirilən iftar məclislərinin insanlar arasında həmrəyliyi və milli birliyi daha da möhkəmləndirdiyini, cəmiyyətimizdəki mənəvi dəyərlərin yaşadılmasında mühüm rol oynadığını bildirib. A.Həsənova xalqımıza Ramazan ayının xeyir-bərəkət gətirməsini, orucların qəbul olunmasını arzulayıb.

YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da öz çıxışında xalqın rifahı naminə dövlətimizin həyata keçirdiyi sosial siyasətə toxunaraq Ramazan ayında aztəminatlı ailələrə göstərilən diqqət və qayğının Ali Baş Komandanın humanist siyasətinin bariz təzahürü olduğunu bildirib. O qeyd edib ki, hər zaman xalqın yanında olmaq, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə dəstək vermək əsas prioritetlərimizdən biridir.

İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Mart 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri