Suraxanıda marşrut çatışmazlığı: Hər gün taksidən istifadə etmək mümkünsüzdür FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Suraxanı rayonunun Bahar qəsəbəsinin sakinləri marşrut çatışmazlığından əziyyət çəkirlər.
Avtosfer.az xəbər verir ki, Bununla bağlı oxu.az-a müraciət daxil olub.
Qeyd olunub ki, qəsəbəyə cəmi bir marşrut xətti işləyir ki, bu da sakinlərin işə gedib-gəlməsinə ciddi problem yaradır.
"Qəsəbədə bu qədər ailə yaşayır, amma 191 saylı marşrut xəttindən başqa qəsəbəyə avtobus işləmir. Şəxsi avtomobili olmayanlar üçün qəsəbədən harasa gedib-gəlmək problemdir. Hər gün taksidən istifadə etmək də mümkünsüzdür. Dəfələrlə müraciət etmişik, bildirmişik, amma problemimizi həll edən yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda paytaxtda və ətraf ərazilərdə marşrut şəbəkəsi yenidən formalaşdırılır:
"Xüsusən ətraf ərazilərdə əlçatanlığın və ictimai nəqliyyata tələbatın təmin edilməsi istiqamətində işlər aparılır. Görülən işlər çərçivəsində qeyd edilən əraziyə də sərnişin tələbatına uyğun əlavə marşrutların təşkili məsələsinə baxılacaq", - deyə məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















