Icma.az
close
up
RU
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? ŞƏRH

Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək. Bu iddia ilə Ermənistanda “Demokratik alternativ” partiyasının lideri Suren Surenyants çıxış edib. O iddia edir ki, Baklı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var.

 Erməni siyasətçi deyib ki, əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək. İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlıdır.


Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, sözügedən açıqlama sadəcə bir iddiadır:


“Düşünürəm ki, bütün iddialar kimi bunun içərisində də qərəz var. Ona görə də Nikol Paşinyanı ictimai rəydə aşağılamaq, nüfuzdan salmaq üçün zaman-zaman müxtəlif yöndə fikirlər səsləndirilir. Bəziləri Paşinyanı vətəni satmaqda iddiham edir, bəziləri isə Qarabağı və Ermənistanı dağıtmaqda günahlandırır. Hətta Zəngəzur dəhlizinin Azərbaycana verilməsi ilə bağlı fikirlər də səsləndirilir. Bütün bunlar hamısı seçkiyə hesablanmış hadisələrdir. Bu baxımda bunları ciddi qəbul etmək doğru olmaz. Yəni, bu səsləndirilən fikirlər əslində, məlumat xarakterli deyil, əksəriyyəti dezinformasiyadır. Birbaşa erməni ictimai rəyinə yönəlik yalan xəbərlərdir.  Bununla da hökuməti tamamilə gözdən salmaq və mümkün olduğu zaman hakimiyyətdən devirmək siyasətidir. Çünki bu qüvvələr 2026-cı ildə keçiriləcək parlament seçkilərində Nikol Paşinyan komandasına qalib gələ biləcəklərinə əmin deyillər. 

Ona görə də müxtəlif səviyyələrdə partiyalar, qeyri-partiyalar, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları və media səviyyəsində Nikol Paşinyanın hökumətinə böhtan və iftiralar atılır. Nikol Paşinyanı tamamilə erməni xalqının gözündən salaraq etiraz dalğası ilə hökuməti yola salmaq istəyirlər. Nikol Paşinyanın İlham Əliyevə hansısa razılaşma ilə bağlı söz verdiyini Surenyam haradan bilir? Digər tərəfdən isə bu cür məsələlərdə yazılı deyil, tələb olunanları yerinə yetirməyə ehtiyac var. Ərazi iddiasını konstitusiyadan çıxarmaq üçün mütləq mənada referendum lazımdır. Eyni zamanda ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciət olunmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri