Icma.az
close
up
RU
Sürət qatarları komfortdan çıxır, texniki nasazlıqlar isə artır

Sürət qatarları komfortdan çıxır, texniki nasazlıqlar isə artır

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər sosial mediada və ictimai platformalarda Azərbaycan Dəmir Yolları QSC (ADY) ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib.

AzPost xəbər verir ki, son 1 həftədə ADY-nin sərnişin daşımaları ilə bağlı müxtəlif şikayətlər qeydə alınıb. Bu şikayətlər həm texniki nasazlıqlar, həm də xidmət keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.

Sürətli qatarda kondisioner qalmaqalı

14 iyun tarixində Bakı-Gəncə-Bakı sürətli qatarında səyahət edən sərnişinlər sosial şəbəkələrdə vaqonlarda kondisionerlərin işləmədiyini bildiriblər. Görüntülərdə sərnişinlərin tər içində, havasız şəraitdə qaldığı, bəzi vaqonlarda isə nəfəs almağın belə çətin olduğu əks olunub.
Şikayətçilərdən biri yazır:“3 saatlıq yolda nəfəs almaq mümkün deyil. Bilet pulunu alırsınız, amma minimum şərait belə yoxdur.”

Qatarda işıq sönüb – sərnişinlər telefon işığında səyahət edib

15 iyun tarixində yayılan başqa bir videoda isə Bakı-Gəncə marşrutunda bir vaqonda işıqların sönməsi nəticəsində sərnişinlərin 40 dəqiqəyə yaxın qaranlıqda səyahət etdiyi bildirilib. Sərnişinlər bu vəziyyəti telefonlarının fənərləri ilə kompensasiya etdiklərini qeyd ediblər. “Sürətli qatar yox, qorxulu film idi”, – deyə sərnişin ironik şərh yazıb.

Qatar gecikmələri: 10 dəqiqə yoxsa 70?

Həmin həftə ərzində, xüsusilə 13 və 16 iyun tarixlərində Gəncə-Bakı reysinin 40-70 dəqiqə arası gecikməsi barədə çoxsaylı şikayətlər paylaşılıb. Bəzi sərnişinlər ADY-nin mobil tətbiqində gecikmənin yalnız 10 dəqiqə kimi göstərildiyini, amma real gecikmənin 1 saata yaxın olduğunu bildiriblər.

Vağzal xidmətlərindən narazılıq

Gəncə və Biləcəri stansiyalarında sərnişinlər sual veriləcək heç bir məsul şəxsin olmamasından, qatar gələndə elanların verilməməsindən və terminalda mühafizəçilərin kobud davranışından şikayətləniblər. Bir istifadəçi yazır:“Biləcəri stansiyasında informasiyanı qatar gələndə yox, o keçəndən sonra verirlər.”

“Satılıb” kimi görünən bilet sistemində şübhəli hallar

Bayramqabağı günlərdə bəzi istifadəçilər ADY-nin onlayn bilet satış sistemində biletlərin əvvəlcədən “satılıb” kimi göstərildiyini, lakin stansiyadan eyni reyslərə bilet ala bildiklərini bildiriblər. Bu isə ictimaiyyətdə bilet sistemində süni məhdudiyyətlər yaradıldığı və biletlərin sonradan digər yollarla satıldığı şübhəsini yaradıb. ADY bu məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Qeyd edilən bütün hallar son 7 gün ərzində sosial mediada geniş müzakirə olunub, lakin Azərbaycan Dəmir Yolları QSC tərəfindən nə media açıqlaması, nə də ictimai cavab verilib.

Qarşı tərəfin mövqeyi olarsa yazı yenilənəcək.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 İyun 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri