Icma.az
close
up
RU
Sürət yolu deyil, həyatı qısaldır Yol polisindən sürücülərə VACİB TÖVSİYƏLƏR

Sürət yolu deyil, həyatı qısaldır Yol polisindən sürücülərə VACİB TÖVSİYƏLƏR

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq ölkə yollarında nəqliyyat axınının artması, xüsusilə istirahət və turistik səfərlərin intensivləşməsi, hər bir yol hərəkəti iştirakçısından daha diqqətli davranmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi zəruri edir.

Avtosfer.az xəbər verir ki, bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını aşağıdakı tövsiyələrə ciddi əməl etməyə çağırır:

-     Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayın. İsti yay günlərində havanın yüksək temperaturu sürücünün həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərərək yuxululuq və diqqətsizlik hallarına səbəb ola bilər. Bu səbəbdən kondisioner sistemi olmayan avtomobillərlə uzaq məsafələrə səfər etmək tövsiyə edilmir. Kondisioner sistemi olan və lazımi avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri ilə isə günün sərin saatlarında yola çıxmaq və 2 saatdan bir qısa fasilə vermək məqsədəuyğundur. Unutmayın: Yuxusuz və yorğun halda sükan arxasına keçmək Sizin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükəlidir.

-    Sürət həddinə riayət edin. Yüksək temperatur şəraitində təkərlərin hava təzyiqində baş vermiş dəyişiklik yol tutumunu azalda bilər. Nəticədə yüksək sürətlə hərəkət zamanı qəza riski xeyli artır. Sürət rejiminə yalnız radarların müşahidə etdiyi ərazilərdə deyil, yolun bütün hissəsində əməl olunması təhlükəsizliyiniz üçün mütləqdir. Unutmayın: Sürət yolu deyil, həyatı qısaldır.

-    İcarəyə götürülmüş avtomobil və sürücülərlə bağlı diqqətli olun. İstirahət və ya turistik məqsədlə bölgələrə səfər edən bəzi vətəndaşlar, o cümlədən əcnəbi turistlər avtomobil icarəsi xidmətlərindən istifadə edirlər. Lakin həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti və onları idarə edən sürücülərin peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə yaradır. İcarəyə götürülmüş avtomobilin texniki göstəricilərinə və sürücünün təcrübəsinə əmin olmaq vacibdir. Unutmayın: Nəzarətsiz və qeyri-rəsmi daşıma xidmətləri həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk daşıyır.


Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa, qaydalara əməl etməyə və hərəkətin təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri