Suriya hökuməti istefa verməyə hazırdır
Respublika prezidenti Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya”ya bildirib.
Onun sözlərinə görə, hakimiyyətə gələn müxalifətlə danışıqlar davam edir.
“Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”, – Qazi Əl-Cəlali vurğulayıb.
![see](https://icma.az/template/assets/see.png)