Suriya ilə Cənubi Koreya arasında diplomatik əlaqələr qurmaq üçün müqavilə imzalanıb
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriya və Cənubi Koreyanın xarici işlər nazirləri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair saziş imzalayıblar.
Suriya Prezidentliyinin Telegram kanalında yayımlanan açıqlamaya görə, Prezident Əhməd Şara və Xarici İşlər Naziri Əsəd Həsən Şeybani, paytaxt Dəməşqə rəsmi səfər edən Cənubi Koreyanın xarici işlər naziri Ço Te-yul və onu müşayiət edən nümayəndə heyətini Xalq Sarayında qəbul ediblər.
Suriya Xarici İşlər Nazirliyinin “X” (əvvəlki Twitter) hesabından verilən məlumata görə, Şeybani ilə Ço iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan sazişi imzalayıblar.
Cənubi Koreya mediasında səfərlə bağlı yayımlanan xəbərlərdə qeyd olunub ki, Ço Suriyanı ziyarət edən ilk Cənubi Koreya xarici işlər naziri olub.
Devrilmiş BƏƏS rejiminin Şimali Koreya ilə yaxın münasibətlər qurduğu xatırladılan xəbərlərdə vurğulanıb ki, Dəməşqdə imzalanan bu sazişlə Cənubi Koreya Suriya ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açır.
Mövsüm
Aznews.az


