Icma.az
close
up
RU
“Barselona” ÇL in son finalçısına futbol dərsi keçdi

“Barselona” ÇL in son finalçısına futbol dərsi keçdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

1/4 final, ilk oyunlar
Barselona – Borussiya D 4:0 (1:0)

Barselona (İspaniya): Şçensnı, Kunde, Kubarsi, İ.Martines (Arauxo, 81), Balde, F.De Yonq, Pedri (E.Qarsiya, 81), Yamal (Fati, 86), F.Lopes (Qavi, 74), Rafinya, Levandovski (F.Torres, 81).
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyerson (Zyule, 78), Anton, Əmrə Can, Bensebayni, Çukvuemeka (Reyna, 67), Nmeça (Salih Özcan, 67), Adeyemi (Bayer, 46), Brandt, Gittens (Dyuranvill, 78), Girassi.
Qollar: Rafinya, 25 (1:0). Levandovski, 48 (2:0). Levandovski, 66 (3:0). Yamal, 77 (4:0).
Vərəqələr: Adeyemi, 24. Girassi, 74 – sarı.
Hakim: Espen Eskos (Norveç).
9 aprel. Barselona. 49760 tamaşaçı.
Əla mövsüm keçirən “Barselona” bu cütdə aşkar favorit statusunu artıqlamasıyla doğruldaraq cavab matçına intriqa saxlamadı.

Oyuna fırtına kimi başlayan meydan sahibləri artıq ilk 10 dəqiqədə ən azı 2-3 qol vura bilərdi. Kobelin inamlı oyunu “Barsa”nın erkən qol vurmasına mane oldu. Amma komanda layiq olduğu qolu ilk yarının ortalarında vurdu. Hücuma qoşulan gənc mərkəz müdafiəçisi Kubarsi ÇL-də ilk dəfə qol sevinci yaşamağa yaxın oldu. Onun zərbəsindən sonra top boş qapıya getsə də, son anda Rafinya sürüşərək qapı xəttinin üzərində topa toxundu. Rafinya ofsayda da düşə bilərdi. Amma VAR yoxlamasından sonra onun bəxti gətirdi və qol qeydə alındı.
Maraqlıdı ki, “sambaçı” oyundan sonra bu qola görə Kubarsidən üzr istədi. “Borussiya” yalnız ilk yarının sonlarına doğru ÇL-in son finalçısı olduğunu xatırlayaraq bir neçə təhlükəli vəziyyət yaratdı. Amma Girassi iki epizodda yaxşı mövqedə olmasına baxmayaraq, topa toxuna bilmədi. Girassidən fərqli Levandovskinin lazımi anda ayaqları titrəmədi. Təcrübəli forvard 2-ci hissənin əvvəllərində 18 dəqiqə ərzində dublunu rəsmiləşdirərək hesabı darmadağın həddinə çatdırdı. Leva “Barsa”da, uyğun olaraq, 98 və 99-cu, ÇL-də isə 104 və 105-ci qollarını vurdu. Yekun nəticəni isə Yamal müəyyənləşdirdi. Beləliklə, gələn həftə bir möcüzə baş verməsə, ÇL həm son qalibini, həm də son finalçısını itirəcək.
PSJ – Aston Villa 3:1 (1:1)
PSJ (Fransa): Donnarumma, Hakimi, Beraldo, Paço, Mendeş, Vitinya, Neveş, Ruis (Zair-Emeri, 72), Due (Barkola, 72), Kvaratsxeliya (Ramuş, 90+3), Dembele.
Aston Villa (Birmingem, İngiltərə): E.Martines, Keş (Disasi, 46), Konsa, P.Torres, Din, Kamara, Tilemans (Maatsen, 80), Rocers, Makqinn (Onana, 80), Remsi (Asensio, 59), Reşford (Uotkins, 79).
Qollar: Rocers, 35 (0:1). Due, 39 (1:1). Kvaratsxeliya, 49 (2:1). Mendeş, 90+2 (3:1).
Vərəqələr: Keş, 17 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
9 aprel. Paris. 47681 tamaşaçı.
PSJ “Barsa” qədər inamlı təsir bağışlamasa da, hər halda, cavab oyunu ərəfəsində yaxşı üstünlük əldə etməyi bacardı. Hərçənd “Aston Villa” ilk yarıda güclü rəqilə, demək olar, başabaş oynadı.

İngilislər hətta hesabı açmağa da müvəffəq oldu. Amma oyunun sonrakı axarı qonaqlar üçün uğurlu alınmadı. Adətən, 35-ci dəqiqədə hesabı açan komandanın minimum hədəfi fasiləyə qədər bu hesabı qorumaq olur. Amma birmingenlilər bunu bacarmadılar. PSJ-nin gənc ulduzu Due baxımlı qolla həm fanatları, həm də komandasını ruhlandırdı. 2-ci hissənin əvvəllərində Kvaratsxeliya “sazı əlinə aldı”. Gürcüstanlı ulduz sol ayağı ilə vurduğu qüvvətli zərbə ilə topu yaxın küncə - tirin altına sancaraq dünya çempionu Martinesə heç bir şans vermədi. “Aston Villa” qalan vaxtda yenə minimum hədəfin öhdəsindən gələ bilmədi. Hər halda, pley-offun ilk görüşündə 1:2 uduzmaqla 1:3 uduzmaq arasında çox böyük fərq var. Son anlarda hücuma qoşulan sol cinah müdafiəçisi Mendeş yekun nəticəni müəyyənləşdirdi. İndi “Aston Villa” mərhələni adlamaq üçün son 30 rəsmi oyunda cəmi 1 dəfə uduzan PSJ-ni ən azı 2 top fərqi ilə məğlub etməlidi.
Bombardirlər: Rafinya (Barselona) – 12, Levandovski (Barselona) – 11, Girassi (Borussiya D), Keyn (Bavariya) – 10.
Faktlar
* “Barselona” 2025-ci ildə keçirdiyi 23-cü rəsmi oyunda da uduzmamaqla (19 qələbə, 4 heç-heçə) şəxsi rekordunu yenilədi. Əvvəlki rekord 2016-da qeydə alınmışdı. Həmin vaxt komanda ilin ilk 22 rəsmi oyununda uduzmamışdı (19 qələbə, 3 heç-heçə).
* Levandovski ÇL tarixində üç fərqli klubun heyətində bir mövsümdə 10 qol həddinə çatan ilk futbolçu oldu!
* “Borussiya” Levandovskinin peşəkar karyerasında qapısına ən çox qol vurduğu komandadı (28 oyun, 29 qol).
* Rafinya bu mövsüm ÇL-də 12 qol, 7 məhsuldar ötürməlik performansla artıq 19 qolun vurulmasında yaxından iştirak edib. Bu, “Barselona” tarixində rekord göstəricinin təkrarlanması deməkdi. Buna qədər rekord 2011/12-də 19 qolun vurulmasında yaxından iştirak edən (14 qol, 5 məhsuldar ötürmə) Lionel Messiyə məxsus idi.
* Rafinya ÇL-də orta hesabla hər 65 dəqiqədən bir ya qol vurur, ya da məhsuldar ötürmə verir. Bu, turnirin tarixində ikinci ən yaxşı göstəricidi! Yalnız “Ayaks” və “Borussiya”nın sabiq üzvü Sebastyan Alle bu göstəricidə Rafinyadan üstündü. Alle hər 62 dəqiqədən bir qolun vurulmasında yaxından iştirak edib.
* Kubarsi 18 yaş 77 günlüyündə ÇL tarixində məhsuldar ötürmə verən ən gənc futbolçu oldu! Əvvəlki rekord 2004-ün oktyabrında 18 yaş 193 günlüyündə “Anderlext”in heyətində “Verder”lə matçda məhsuldar ötürmə verən Vensan Kompaniyə məxsus idi.
* “Barselona” “Borussiya”ya qarşı keçirdiyi 6-cı oyunda da məğlub olmadı (4 qələbə, 2 heç-heçə). “Barsa”nın avrokuboklarda məğlub olmadan bundan daha çox oyun keçirdiyi yeganə komanda “Lion”du (8).
* Flik məşqçi kimi “Borussiya”ya qarşı keçirdiyi 6-cı oyundan da qələbə ilə ayrıldı!
* Kovaç məşqçi karyerasında ÇL-də 9-cu səfər oyununda ilk dəfə məğlubiyyət acısı yaşadı (6 qələbə, 2 heç-heçə).
* PSJ bu mövsüm bütün turnirləri nəzərə almaqla 7-ci əzmkar qələbəsini qazanaraq şəxsi rekordunu təkrarladı. Komanda daha öncə 1985/86 və 2003/04 mövsümlərində 7 belə qələbə qazanmışdı.
* Vitinya “Aston Villa” ilə oyunda 148 dəqiq ötürmə verdi. Bu, 2003-cü ildən bəri ÇL-in pley-offunda ən yaxşı ikinci göstəricidi. Yalnız Xavi 2011/12-də yarımfinalda “Çelsi” ilə oyunda bundan daha çox (161) dəqiq ötürmə verib.
* Due Mbappe və Dembeledən sonra ÇL-in 1/4 finalında 20 yaşı tamam olmadan qol vuran 3-cü fransalı futbolçu oldu.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Həm yaxşı oynadıq, həm də inamlı qələbə qazandıq. Bir komanda bu dərəcədə inamlı təsir bağışladıqda qollar da gəlir. Amma biz hələ işin yalnız yarısını görmüşük. İndidən yarımfinalda olduğumuzu düşünmək bizə baha başa gələ bilər. Qarşıda 90 dəqiqə var və futbolda bu müddət ərzində hər şey baş verə bilər. Futbol gözlənilməzliklər, hətta dəliliklərlə doludu. Bir məqam dəqiqdi ki, Dortmunddakı oyuna da eyni istəklə çıxacaq, belə futbol sərgiləməyə çalışacağıq. “Borussiya” yaxşı komandadı. Səhvlərdən mümkün qədər qaçmalıyıq. İrəlidəki oyunçularımız əla formadadı. Ancaq müdafiəni də unutmuruq. Oyuna sonradan qoşulan futbolçular da çox vaxt ümidlərimi doğruldur. Onlar oyunu tərk edənlərlə eyni səviyyəni göstərir”.


Niko Kovaç, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Təbii ki, bu, gözlədiyimiz nəticə deyil. Daha yaxşı nəticəyə ümid bəsləyirdik. “Barselona” bu gün bizim bütün hədiyyələrimizdən maksimum yararlandı. Haqlı şəkildə uduzduq. Amma ən azı bir qol vurmağa layiq idi. Xüsusilə ilk yarıda çox yaxşı fürsətlərimiz var idi. Çətin dönəmdən keçirik. Bir tərəfdən həftəsonu bundesliqada “Bavariya” ilə oyuna hazırlaşmalı, digər tərəfdən “Barsa” ilə cavab oyununu düşünməliyik. İkinci qarşılaşmada oyunumuzu gücləndirmək üçün nələri daha yaxşı edə biləcəyimizi anlamalıyıq. ÇL-də mübarizəni davam etdirmək baxımından nə qədər nikbin düşünməyə çalışsam da, reallıq budu ki, şanslarımız cüzidi. Amma ən azı ümid edərək meydana çıxacağıq. Ümidsiz oynasaq, bu məğlubiyyətin əvəzini çıxmaq mümkün olmayacaq”.


Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Oyun gözlədiyimiz kimi keçdi. “Aston Villa” bizə əsasən standart zərbələrdən problem yaratmağa çalışırdı. Onlar ilk növbədə mərkəzi bağlamağa çalışırdılar. Belə komandalara qarşı boş zonalar yaxalamaq çətin olur. Pressinqdən yaxşı istifadə edirdik. Müdafiədən hücuma çıxışlarımız da uğurlu alınırdı. Bizim pressinqimiz onları uzun ötürmələrə yönəlməyə vadar edirdi. Layiqli qələbə qazandıq. PSJ rəqabətədavamlı komanda olduğunu yenə sübut etdi. Duenin qolu vaxt baxımından tam yerinə düşdü. Fasiləyə geridə yollanmaq işimizi çətinləşdirə bilərdi. Üçüncü qolu vurmağımız isə əla oldu”.


Unay Emeri, “Aston Villa”nın baş məşqçisi:

“Sonda 3-cü qolu buraxmağımız o qədər də faciə deyil. Çünki hesab 1:2 olsaydı belə, evdə onsuz da yenə də hücum etməyə və qələbə qazanmağa məcbur idik. Bu səviyyələrdə oynamaq asan deyil. Oyunçularımla fəxr edirəm. “Aston Villa” son dönəmlərdə ciddi yüksəlişə nail olub. ÇL-in 1/4 finalına çıxmağımız və bu cür rəqibə qarşı oynamağımız da bunu bir daha təsdiq edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Aprel 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri