Icma.az
close
up
RU
Vaşinqtonda cızılan Türkiyə planı: İsraili qorxudan ssenari ortaya çıxdı

Vaşinqtonda cızılan Türkiyə planı: İsraili qorxudan ssenari ortaya çıxdı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Türkiyə və İsrail arasında münasibətlərdə normallaşma müşahidə olunur. Azərbaycanın vasitəçiliyi ilə keçirilən görüş də buna nümunədir. Hətta burada tərəflər Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması barədə razılığa gəliblər. İndiyə kimi bir neçə dəfə bənzər formada anlaşmalar olsa da, qısa müddət sonra gərginlik yenidən artıb. Ekspertlər sonuncu razılaşmanın da nisbi olduğunu düşünürlər.

İsrail və Türkiyə münasibətləri sabitləşib? Bu dəfəki anlaşma uzunömürlü olacaqmı?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İsraillə Türkiyə arasında münasibətlər böhran həddinə çatmadan sabitləşmiş kimi görünür:

“Əsas səbəb İsrailin Suriya ərazilərini raket atəşinə tutmasına baxmayaraq, Türkiyənin cavab tədbiri görməməsi və səbrli davranmasıdır. Baş nazir Benyamin Netanyahunun ABŞ səfəri və prezident Donald Trampla görüşü ərəfəsində Təl-Əviv Ankaranın qarşılıq verməsinə nail olmağa çalışdı. Amma görünür, Türkiyə Tramp administrasiyası ilə məsləhətləşmələr aparıb və İsrailin təxribatına səssiz qalıb. Netanyahunun ABŞ lideri ilə görüşündə aldığı cavablar onu münasibətləri gərginləşdirməkdən çəkinməyə məcbur etdi”.

Əlimusa İbrahimov

Ekspert bildirib ki, İsrail ABŞ-dan lazım olan dəstəyi almayıb:

“Vaşinqton Türkiyə üçün daha ciddi rol ayırmaq haqqında düşünür və buna İsrailin mane olmasına imkan verməyəcəklər. Təl-Əviv Suriyada da Ankaraya ortaq olmaq imkanlarına malik deyil. Onların burada istədiyi hədəflər tamamilə fərqlidir. İsrail sözügedən bölgədə sadəcə öz maraqları və təhlükəsizliyini güdür. Türkiyə isə həm öz təhlükəsizliyi, həm də Suriyanın ərazi bütövlüyünü müdafiə edir. Region dövlətləri və qlobal güclər də Türkiyənin Suriyadakı mövqeyini daha çox dəstəkləyir, nəinki, İsrailin”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri