Icma.az
close
up
RU
Suriya ilə münasibətlər Azərbaycanın daha geniş diplomatik strategiyasının tərkib hissəsidir Deputat

Suriya ilə münasibətlər Azərbaycanın daha geniş diplomatik strategiyasının tərkib hissəsidir Deputat

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycanın müasir dövrdə həyata keçirdiyi xarici siyasət ölkəmizin Yaxın Şərq kimi mürəkkəb, ziddiyyətli və illərlə davam edən siyasi kataklizmlərin mərkəzində olan bir regionda da balanslı və prinsipial mövqe sərgiləməsinə imkan yaradıb. Bu çətin coğrafiyada möhkəm diplomatik mövqe tutmaq yalnız strateji təmkin deyil, həm də dərin tarixi anlayış və humanitar baxış tələb edir. Azərbaycan bu çətin tarazlığı qorumağı bacaran azsaylı ölkələrdən biridir. Bu baxımdan Azərbaycan ilə Suriya arasında formalaşan münasibətlər xüsusilə diqqətəlayiqdir. Bu münasibətlər təkcə bu iki dövlətin siyasi münasibətləri deyil, həm də uzun müddət ərzində formalaşmış, lakin müəyyən səbəblərdən tam potensialını ortaya qoya bilməmiş tarixi bağların və mədəni yaxınlığın yeni mərhələdə dirçəlməsi kimi dəyərləndirilə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.

O bildirib ki, Suriya ilə qurulan münasibətlər bir çox cəhətdən həm praktiki əməkdaşlıq, həm də mənəvi həmrəylik ruhunu əks etdirir, bu isə regionda nüfuzlu və etibarlı tərəfdaş olmaq istəyən hər bir dövlət üçün nümunəvi yoldur: “Azərbaycan Prezidentinin tapşırığı ilə Suriyaya yüksəksəviyyəli nümayəndə heyətinin səfəri, sadəcə, rəsmi ziyarət deyil, həm də dərin mənəvi dəstəyin təzahürü idi. Hər gedişin, hər baxışın arxasında bir mesaj var idi – biz yanınızdayıq, sizin bərpa yolunuzda bilik, təcrübə və dostluğumuzu bölüşməyə hazırıq”.

"Suriya ilə münasibətlər Azərbaycanın Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Bu, təkcə diplomatik jest deyil, həm də strateji baxışın ifadəsidir. Azərbaycan bu gün Avropa ilə Asiya arasında enerji körpüsü olduğu kimi, sabah Yaxın Şərqlə Avrasiya arasında siyasi və iqtisadi sabitlik körpüsünə çevrilmək potensialına malikdir.

Bu gün Suriya ilə enerji sahəsində yeni əməkdaşlıq üfüqləri açılır. Azərbaycan qazının Suriya bazarına çıxarılması məsələsi, sadəcə, iqtisadi layihə deyil, həm də regionun sabitliyinə töhfə verəcək geosiyasi addımdır. Bu layihə vasitəsilə Azərbaycan öz qazını yalnız Avropaya deyil, həm də Yaxın Şərqə yönəltməklə diversifikasiya siyasətini möhkəmləndirir. Türkiyə vasitəsilə Suriya bazarına çatdırılacaq qaz, həm bu ölkənin enerji təhlükəsizliyinə töhfə verəcək, həm də onun tranzit imkanlarını genişləndirəcək”.

Deputatın sözlərinə görə, hazırkı qlobal geosiyasi və iqtisadi çağırışlar fonunda enerji resurslarına çıxış, onların şaxələndirilməsi və sabit təchizatı məsələləri dövlətlərin milli təhlükəsizliyi və davamlı inkişafının əsas sütunlarından birinə çevrilib: “Bu baxımdan, Azərbaycan ilə Suriya arasında enerji sektorunda qurulacaq əməkdaşlıq platforması yalnız iki ölkənin maraqlarına xidmət etmir, həm də regional enerji təhlükəsizliyinə töhfə verə biləcək praktik mexanizmlərin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. SOCAR-ın Suriyanın müxtəlif bölgələrində neft emalı müəssisələrinin yenidən qurulmasında və modernləşdirilməsində iştirakı, həmçinin Azərbaycan mənşəli neft məhsullarının bu ölkəyə ixracında milli şirkətlərlə birgə fəaliyyət göstərməsi, ölkəmizin iqtisadiyyatının ixrac potensialını genişləndirəcək, eyni zamanda, regionda iqtisadi sabitliyin möhkəmləndirilməsinə xidmət edəcək. Bundan əlavə, əməkdaşlıq çərçivəsində nəzərdə tutulan birgə layihələr həm enerji sektorunda insan kapitalının inkişafına, həm də yerli infrastrukturun gücləndirilməsinə yönəlmiş mühüm təşəbbüsləri əhatə edə bilər. SOCAR-ın təcrübəsi yalnız texnoloji və iqtisadi sahələrdə deyil, həm də institusional idarəetmə və dayanıqlı inkişaf strategiyalarının tətbiqi baxımından Suriyanın müvafiq qurumları ilə səmərəli bilik və təcrübə mübadiləsini mümkün edəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qaz ixracı ilə bağlı yeni istiqamətlər açılır. Suriya yalnız son nöqtə deyil, həm də keçid nöqtəsi ola bilər. Bərpa edilən qaz kəmərləri, gələcəkdə Azərbaycan qazının Misir və daha irəlidə yerləşən bazarlara çatdırılması üçün real imkanlar yaradır. Eyni zamanda, Azərbaycanın elektrik enerjisi ixrac potensialı da nəzərə alınmaqla, Yaxın Şərq regionu üçün yeni bir enerji xəritəsi formalaşır. Enerji təhlükəsizliyi sahəsində Suriya vektoru üzrə əsası qoyulan əməkdaşlıq Azərbaycanın regional və qlobal enerji bazarındakı nüfuzunu daha da gücləndirməklə yanaşı, sülh, sabitlik və qarşılıqlı faydaya əsaslanan beynəlxalq tərəfdaşlıq modelinin formalaşmasına dəyərli töhfə verəcək”.

"Tarix boyu Azərbaycanla Suriya arasında isti münasibətlər olsa da, zaman-zaman durğunluq dövrləri də müşahidə olunub. Lakin indi yeni mərhələyə qədəm qoyulur – qarşılıqlı inam və ortaq maraqlar üzərində qurulan bir mərhələ. Azərbaycan Suriyaya yalnız enerji ilə deyil, həm də bərpa sahəsindəki unikal təcrübəsi ilə dəstək verməyə hazırdır. Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, Suriyanın da gələcəyi üçün bir model ola bilər.

Suriya ilə münasibətlər həm də Azərbaycanın daha geniş diplomatik strategiyasının tərkib hissəsidir. Bu strategiya “sakit diplomatiya” anlayışı ilə səciyyələnir. Azərbaycan müxtəlif regionlarda və tərəflər arasında körpü rolunu oynayaraq, İsrail-Suriya, eləcə də Türkiyə-İsrail münasibətlərində gərginliyin azaldılmasına töhfə verib. Bu yanaşma Azərbaycanı təkcə iqtisadi yox, həm də diplomatik cəhətdən etibarlı tərəfdaş kimi tanıdır.

Bu gün Azərbaycan, sadəcə, bir enerji ixracatçısı deyil, sabitliyin ixracatçısıdır. Azərbaycan-Suriya münasibətləri isə bu sabitliyin Yaxın Şərqdə necə vüsət aldığının bariz nümunəsidir. Bu münasibətlərdə həm tarixin nəfəsi, həm də gələcəyin çağırışı duyulur", - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see245

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see229

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see158

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see148

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see143

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see141

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see141

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see135

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see133

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see133

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see129

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

28 Avqust 2025 05:47see124

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see122

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

27 Avqust 2025 19:29see122

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see121

Ceymi Vardi İtaliyaya gedə bilər

26 Avqust 2025 16:16see120

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see119

Nazir, komitə sədri və... Onların qəbul günləri açıqlandı + CƏDVƏL

26 Avqust 2025 13:08see118

MY nin ulduzu “Çelsi”yə keçir

28 Avqust 2025 06:02see117

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri