Suriya iqtisadiyyatının inkişafında Rusiyanın rolu müzakirə olunub
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriya iqtisadiyyatının yenidən qurulmasında Rusiyanın iştirakının yolları haqqında iki ölkə arasında fikir mübadiləsi aparılıb.
APA xəbər verir ki, Moskvada keçirilən görüşdə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun suriyalı həmkarı Əsəd əl-Şeybani iki ölkə əlaqələrinin inkişafını müzakirə ediblər.
Görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinə dəstəklərini ifadə ediblər.
Rusiya XİN rəhbəri Sergey Lavrov Suriyanın geosiyasi münaqişələr üçün platformaya çevrilməsinin əleyhinə olduğunu bildirib və ölkəsinin Suriya prezidentinin problemləri həll etmək üçün göstərdiyi səylərə dəstəyini dilə gətirib.
Lavrov Suriyada seçkilərin keçirilməli olduğunu və bunun ölkə əhalisinin birliyinə töhfə verəcəyini deyib.
Son zamanlarda baş verən ölkədaxili münaqişələrə toxunan Suriya xarici işlər naziri Əsəd əl-Şeybani vurğulayıb ki, Suriya ölkədəki azlıqların İsrail tərəfindən istifadə olunaraq ölkəni parçalamasına icazə verməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 31 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















