Suriya ordusundan böyük HƏMLƏ! Onlar bazaya belə daxil oldular
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Suriyanın şimal-şərqində yerləşən strateji Kasrak bazasında diqqətçəkən hadisə baş verib.
Turkustan.az xəbər verir ki, ABŞ qoşunlarının ərazidən çıxarılmasından sonra Suriya ordusu bazaya daxil olaraq nəzarəti ələ keçirib.
Sosial mediada yayılan görüntülərdə Suriya ordusu bölmələrinin bazanın daxilində irəlilədiyi və ərazini nəzarətə götürdüyü əks olunur. Əsgərlərin bazada yerləşdirilməsi anları xüsusilə diqqət çəkir.
Xarici mətbuatda yer alan məlumatlara görə, ABŞ qüvvələri son dövrlərdə Suriyanın şimal-şərqindəki bəzi hərbi mövqelərindən mərhələli şəkildə geri çəkilir. Bildirilir ki, bu proses çərçivəsində Kasrak bazası da boşaldılıb və hərbi texnika ərazidən çıxarılıb.
Ekspertlər qeyd edirlər ki, ABŞ-ın geri çəkilməsindən sonra Suriya ordusunun irəliləməsi bölgədə yeni güc balansı formalaşdıra bilər. Xüsusilə Haseke cəbhəsi boyunca hərbi mövcudluqdakı dəyişikliklər ərazidə nəzarətin yenidən qurulmasına səbəb ola bilər.
Kasrak Hava Bazası Suriyanın şimal-şərqində mühüm logistika və hərbi mərkəzlərdən biri hesab olunur. Bazanın nəzarətinin dəyişməsi bölgədəki hərbi və siyasi tarazlıq baxımından kritik inkişaf kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 Aprel 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















