Icma.az
close
up
RU
Suriya sonsuz bir münaqişə dalğasında boğula bilər Deputat

Suriya sonsuz bir münaqişə dalğasında boğula bilər Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycan Suriyadakı vəziyyəti yaxından izləyir. Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən, Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb. O, bölgədə sülh və sabitliyin təmin olunmasının vacibliyini qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirdi ki, Suriyada baş verən hadisələr ölkəni yenidən vətəndaş müharibəsinə sürükləyəcək qədər təhlükəli xarakter daşıyır:

"Üstəlik, bu azmış kimi, əgər Suriyada yeni bir gərginlik yaranarsa, bu, qonşu ölkələrin də prosesə müdaxiləsini zəruri edə bilər. Belə bir vəziyyət Yaxın Şərqin yenidən faciəvi bir mərhələyə qədəm qoymasına səbəb ola bilər. Bu kontekstdə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanat, heç şübhəsiz ki, beynəlxalq hüquqa söykənən və dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən mövqeyin ifadəsidir. Bu gün əlimizdə olan yeganə hüquqi əsas da məhz beynəlxalq hüquqdur. Nəticə etibarilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu və oynadığı rol, onun daim beynəlxalq hüquq və ədalət prinsiplərindən yana çıxış etməsi ilə birbaşa bağlıdır. Düşünürəm ki, Azərbaycan bu prinsipal mövqeyini təkrar etməklə, eyni zamanda Yaxın Şərqin müxtəlif ölkələrinə də mühüm bir mesaj ötürmüş olur".

Parlamentari qeyd etdi ki, Suriya həm etnik, həm də dini baxımdan rəngarəng bir ölkədir.

"Əgər hansısa etnik qrupun mənafeləri ön plana çəkilərək separatçılığa təşviq olunarsa, bu, zəncirvari reaksiyalara səbəb ola bilər və nəticədə Suriya sonsuz bir münaqişə dalğasında boğula bilər. Bu isə Suriya ilə həmsərhəd olan bütün dövlətlərin maraqlarına ziddir və bölgədə sabitliyə ciddi zərbə vura bilər.

Bütün bu amilləri nəzərə alaraq düşünürəm ki, Azərbaycanın tutduğu mövqe həm doğru, həm də haqlıdır", - deyə H.Babaoğlu qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri