Icma.az
close
up
RU
“İsrail Suriya gərginliyi artacaq və ümumi sabitlik pozulacaq” Deputat

“İsrail Suriya gərginliyi artacaq və ümumi sabitlik pozulacaq” Deputat

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlumdur ki, İsrail Fələstindən, İrandan sonra bu dəfə gözünü Suriyaya dikib və bu iki ölkə arasında qarşıdurma yaranıb. 

Hətta keçid hökumətinin rəhbəri Əhməd Əl-Şəra Dəməşqi tərk edib. 

Görəsən, İsrailin bu dəfə Suriyanı hədəfə alması nəyə işarədir? 

Regionda hansı proseslər gözlənilir?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Əsəd rejiminin süqutu İsrailin diqqətini bu ölkəyə cəlb etməsinə yönəlib:

"Yaxın Şərqdə siyasi xəritə sürətlə dəyişir. İranla münaqişədən sonra İsrailin diqqətini Suriyaya yönəltməsi regionda yeni gərginlik mənbəyi yaratmışdır. Bəşər Əsəd rejiminin süqutu və prezidentin Dəməşqi tərk etməsi bu vəziyyəti daha da mürəkkəbləşdirmişdir.

İsrail bu siyasi dəyişikliklərdən sonra Suriya ilə əlaqədar fəal siyasət həyata keçirməyə başlamışdır. Son həftələrdə İsrail qüvvələri Dəməşqdə ordu qərargahını və prezident sarayının yaxınlığını hədəfə almışdır. Bu hərəkətlər İsrailin regiondakı yeni reallıqlara adaptasiya etmək cəhdinin təzahürüdür”.

Deputat qeyd edib ki, İsrailin Suriya ilə bağlı bir neçə planı var:

"İsrail rəsmiləri 2025-ci il ərzində Suriya ərazisindəki işğal bölgələrini saxlamaq niyyətlərini açıq şəkildə bəyan etmişlər. Bu bəyanat İsrailin uzunmüddətli strateji planlarına işarə edir. İsrailin bu hərəkətlərinin arxasında bir neçə əsas motiv durur.

Yeni Suriya hökumətinin İsrail üçün necə bir təhlükə yarada biləcəyi hələ qeyri-müəyyəndir. İsrail bu qeyri-müəyyənliyi özü üçün potensial təhdid kimi qiymətləndirir. Əsəd rejiminin süqutu İranın regiondakı nüfuzunu əhəmiyyətli dərəcədə zəiflətmişdir. İsrail bu boşluqdan faydalanmaq və öz regiondakı mövqeyini gücləndirmək istəyir”.

Millət vəkili əlavə edib ki, mümkün gərginlik böyüyəcək və regiondakı sabitliyi pozacaq:

"Suriya ərazisinin bir hissəsini nəzarət altında saxlamaqla İsrail gələcək mümkün təhdidlərin qarşısını almaq və özü üçün strateji üstünlük qazanmaq məqsədi daşıyır. Bu vəziyyətin inkişafı bir neçə istiqamətdə gözlənilir. İsrail-Suriya gərginliyi artacaq və bu, regionda ümumi sabitliyin pozulmasına səbəb ola bilər. Beynəlxalq ictimaiyyət tərəfindən diplomatik təzyiq artacaq və bu məsələ beynəlxalq gündəmdə önəmli yer tutacaq”.

Deputat sonda Azərbaycan-Suriya münasibətlərinə də toxunub:

"Azərbaycan İsraillə çox yaxşı münasibətdə olsa da Suriyanın ərazi bütövlüyünü dəstəkıəyir. Suriyanın ərazi bütövlüyünün qorunması və güclənməsi Türkiyənin də maraqlarına uyğundur.

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 İyul 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri