Icma.az
close
up
RU
Suriya terrorçuların bazasına çevrilməməlidir

Suriya terrorçuların bazasına çevrilməməlidir

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Entoni Blinken Suriyaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaqla yanaşı, ölkənin terrorçuların tramplininə çevrilməsinin qarşısını almağın da zəruri olduğunu hesab edir.

Milli.Az xəbər verir ki, o, bu mövqeyini İordaniya, Qətər və BƏƏ-nin XİN rəhbərləri ilə ilə telefon danışıqları zamanı açıqlayıb.

Blinken ölkənin terrorçular üçün baza və ya Suriyanın qonşu ölkələr üçün təhdid halına gəlməsinin qarşısının alınması lazım olduğunu deyib.

Dövlət katibi həmçinin ölkədə kimyəvi silah ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi və məhv edilməsinin zəruriliyini vurğulayıb.

Bundan başqa o qeyd edib ki, Suriyadakı bütün silahlı müxalif qruplar siyasi prosesdə iştirak edə bilməlidirlər. /APA

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2024 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri