Suriya XİN İsrailin davam edən hücumlarını “qətiyyətlə” pisləyir
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suriya Xarici İşlər Nazirliyi İsrailin Suriya ərazisinə davam edən hücumlarını “qətiyyətlə” pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada İsrailin Deranın qərbindəki Koya kəndində yaşayış məntəqələri və əkinçilik sahələrinə artilleriya və hava hücumları təşkil etdiyi bildirilib.
Hücumlar nəticəsində 6 mülki vətəndaşın həyatını itirdiyi və ölənlərin sayının arta biləcəyi qeyd edilib.
Bu hücumların Quneytra və Dera əyalətlərinə edilən hücumların tərkib hissəsi olduğu bildirilib və İsrailin Suriyanın suverenliyini pozduğu və beynəlxalq hüquq normalarını pozduğu vurğulanıb.
Nazirlik "hücumları ən sərt şəkildə pisləyib" və beynəlxalq ictimaiyyəti İsrailin pozuntularını araşdırmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 25 Mart 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















