Icma.az
close
up
RU
Suriya yenə od içində

Suriya yenə od içində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Suriyada onsuz da gərgin olan vəziyyət özünün pik həddinə çatıb. Müxtəlif dövlətlərin toqquşduğu bu ölkədə cərəyan edən son hadisələr belə düşünməyə əsas verir ki, Yaxın Şərq regionunda “ərəb baharı”ndan sonra yaranmış status-kvo heç kimi razı salmayıb. Noyabrın 27-də hökumət qüvvələri və İran qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçən suriyalı yaraqlılar döyüş əməliyyatlarının yeni mərhələsini elan ediblər. Dekabrın 1-də islamçılar Hələb vilayətində kürdlərin olduğu kiçik anklavları təcrid etmək məqsədi daşıyan “Azadlıq şəfəqi” əməliyyatına başlayıblar.

Türkiyənin “Anadolu Agentliyi” hökumət əleyhinə qüvvələrin əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib. Agentliyin yazdığına görə, qruplar, o cümlədən “Həyat Təhrir əş-Şam” silahlıları ölkənin şimal-qərbində yerləşən Hələb əyalətinin mərkəzinə gəlib və mühüm şəhəri nəzarətə götürə biliblər. Eyni zamanda, nəzarət etdikləri ərazi tədricən qonşu Həma əyalətinə doğru genişlənir. Hücumlarının hədəfinin hökumət Suriya Ərəb Ordusu (SAA) və müttəfiq iranpərəst qrupların mövqeləri olduğunu rəsmən bildirən islamçılar dekabrın 1-də yeni əməliyyat – “Azadlıq şəfəqi” elan ediblər. O, Hələbdə iki şəhər - Mənbic və Tel-Rifat üzərində əməliyyat nəzarətini saxlayan kürd qüvvələrini hədəf alır. Yaraqlılar iddia edirlər ki, kürd qoşunları hərbi eskalasiyadan istifadə edərək Tel-Rifatdan ABŞ-nin təsir zonası olan Suriyanın şimal-şərqindəki muxtar bölgəyə quru dəhliz yaratmağa çalışırdılar. Bununla belə, islamçılar Tel-Rıfatı blokladıqlarını iddia edirlər.

Ərəb Liqası cari hadisələrə cavab olaraq bildirib ki, “Suriyadakı hadisələr terror qruplarının öz fəaliyyətlərini bərpa etmək üçün istifadə edəcəkləri xaos da daxil olmaqla bir çox mümkün ssenariləri açır. Liqa Suriyada baş verənləri böyük narahatlıqla izlədiyini və Suriyanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi vurğulayıb. Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığında qeyd edib ki, rəsmi Dəməşq beynəlxalq dəstək vasitəsilə islamçılara qalib gəlməyə qadirdir. Suriya liderinin ofisindən verilən açıqlamada daha sonra qeyd olunub ki, “Prezident Əsəd telefon danışığı zamanı ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə etdiyini və müttəfiqlərinin və dostlarının köməyi ilə onları məğlub edib məhv etməyə qadir olduğunu bildirib”.

Dekabrın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi Suriyaya rəsmi səfər edib. Tehran vaxtilə Hələbin hökumətin nəzarətinə qaytarılması üçün birbaşa hərbi dəstək verən Dəməşqin əsas müttəfiqidir. Onun səfəri Suriya ordusunun Hələb və İdlibin bəzi hissələrini üsyançılardan geri almaq üçün əks-hücumlara başladığı vaxta təsadüf edib. Suriya ordusu sürpriz irəliləyiş əldə edən üsyançıları geri çəkmək üçün bazar günü Hələb və İdlib şəhərlərində bir sıra əks-hücumlar həyata keçirib. Suriya dövlət televiziyası hökumət qüvvələrinin son üç gündə 1000-ə yaxın üsyançını öldürdüyünü bildirib. Ancaq bununla bağlı heç bir sübut və təfərrüat təqdim etməyib. Müxalifətin nəzarətində olan ərazilərdə fəaliyyət göstərən “Ağ Dəbilqəlilər” kimi tanınan Suriya Mülki Müdafiəsi Suriya ordusunun iki şəhərdə Rusiya hərbçiləri ilə birgə əks əməliyyatlara başladığını bildirib.

NATO ölkələri Suriyada zorakılığın azaldılmasına çağırıb. Birgə müraciətdə onlar mülki əhalinin qorunmasının, insanların daha da köçürülməsinin və humanitar yardımın kəsilməsinin qarşısının alınmasının vacibliyini bildiriblər. Ekspertlər qeyd edirlər ki, Suriyada zorakılığın yenidən başlanması münaqişəyə iri regional güclərin cəlb olunması ilə nəticələnə bilər. Türkiyə Suriyada baş verənlərlə bağlı hər hansı bir rolunun olmadığını vurğulayıb, bununla belə xarici işlər naziri Hakan Fidan diqqətə çatdırıb ki, Ankara “terrorçu qrupların dövlətə çevrilməsinə heç vaxt imkan verməyəcək”.

Müxalif Suriya TV kanalının məlumatına görə, Hələbdə zorakılığın baş verməsi formal olaraq SAA-nın nəzarəti altında olan Suriyanın cənubundakı üsyançı elementləri ruhlandıra bilər. Suriya televiziyası vurğulayıb ki, “Suriya inqilabının beşiyi” hesab edilən Dəraa əyaləti yeni münaqişə ocağına çevrilmək təhlükəsilə üz-üzədir. ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) da qeyd etdiyi kimi, Hələb hücumunda iştirak edən islamçılar, çox güman, SAA-dan “qiymətli hərbi sursatlarını ələ keçiriblər”. İSW-nin iddiasına görə, bu fakt münaqişədə strateji hesablamaları dəyişə bilər: “Sosial mediada müxalifət qüvvələrinin zirehli maşınları və ağır artilleriya hissələrini ələ keçirdiyinə dair iddialar var” deyən ISW analitikləri bildirirlər ki, islamçıların hücumu “Suriyanın digər bölgələrində, xüsusən də iğtişaşlar içində anti-rejim fəaliyyətini stimullaşdıra bilər”.

S.ELAY
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri