Icma.az
close
up
RU
Suriyada Əsəd ERASI BİTDİ: 61 ildən sonra... VİDEO

Suriyada Əsəd ERASI BİTDİ: 61 ildən sonra... VİDEO

Lent az saytına istinadən Icma.az xəbər verir.

Suriyada 61 illik Baas rejimi sona çatdı və Əsəd hökuməti devrildi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dəməşqi tərk edən Əsədin taleyi məlum olmasa da, xalq hökumətin devrilməsini coşğu və sevinclə qarşılayıb.

Əsəd ailəsi dövrünün başa çatması ilə ölkənin müxtəlif şəhərlərində Bəşər Əsəd və atası Hafiz Əsədin heykəlləri yıxılmağa başlayıb. 

1963-cü ildə Suriyada hakimiyyətə gələn Baas Partiyasının 61 illik hakimiyyəti, 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılması ilə yadda qaldı.

Daha sonra ölkədə vətəndaş müharibəsi başladı və bu Əsəd rejiminin sonunu gətirdi. 

Qeyd edək ki, Ərəb Sosialist Baas Partiyası 1963-cü ildə çevrilişlə Suriyada hakimiyyətə gəlib. Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə partiyadaxili çevriliş nəticəsində hakimiyyəti ələ keçirib və 1971-ci ildə Suriya prezidenti olub.

Bəşər Əsəd 2000-ci ildə atasının ölümündən sonra Baas rejiminin başçısı olub.

Rejim əleyhdarı qrupların paytaxt Dəməşqə girməsi ilə Əsəd və Baas hakimiyyəti sona çatıb.

Noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra rejim Hələb, İdlib və Həmadan başlayaraq bir çox bölgədə nəzarəti itirib.

Nəhayət, paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən geri çəkilməyə başlayıb, rejim əleyhdarı qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib.

61 illik Baas rejimi və 53 illik Əsəd ailəsinin hakimiyyəti sona çatıb.

Paytaxt Dəməşqdən tutmuş Əsəd ailəsinin məmləkəti Latakiyaya, Hələb və Həmadan tutmuş bir çox şəhərlərə qədər rejimin bütün simvolları sökülür.

Xalq Bəşər Əsədin harada olduğu hələlik məlum olmayan paytaxtdakı sarayına basqın edərkən, ölkənin bir çox yerində bayram tədbirləri davam edir.

Bu arada beynəlxalq mətbuatda Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlı müxtəlif iddialar səsləndirilərkən, onun Rusiya və ya bəzi Yaxın Şərq ölkələrinə getmiş ola biləcəyi ilə bağlı təsdiqlənməmiş məlumatlar paylaşılıb.

Suriyanı tərk etməyə hazırlaşan Bəşər Əsədin təyyarəsinin qəzaya uğraması və ya vurulması nəticəsində öldüyü barədə də məlumatlar var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri