Suriyada iğtişaşlar zamanı həbs edilən 360 nəfər azad edilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Suriya hakimiyyəti dekabrın sonunda Homs şəhərində (Dəməşqdən 160 km məsafədə) sabitliyin bərpası üçün təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılan vətəndaşların böyük bir qrupunu azad edib.
APA xəbər verir ki, bu barədə “Al Vatan” qəzetinə əyalət Baş Təhlükəsizlik Müdirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, iğtişaşlarda iştirak edən, lakin keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə əhaliyə qarşı hərbi cinayətlərdə iştirak etməyən 360 nəfər azad edilib:
“Bu qərar ilkin araşdırmadan sonra verilib və sərbəst buraxılanlar Suriyanın yeni administrasiyasına qarşı heç bir düşmənçilik hərəkəti etməmək öhdəliyi götürüblər”.
Bu mövzuda digər xəbərlər:Suriyada iğtişaşlar: Ölənlər var
28 Dekabr 2025 19:40
TASS: Xarici qüvvələr Suriyada iğtişaşlar törətmək istəyir
27 Dekabr 2024 13:37
Suriyada iğtişaşlar: Etirazçılar əsas yolu bağladılar Video
15 Sentyabr 2026 12:06
Suriyada İŞİD liderlərindən biri həbs edilib
07 Sentyabr 2025 23:12
Almaniyada meşə yanğını: 360 nəfər...
19 İyul 2026 02:10
Baxış sayı:156
Bu xəbər 12 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















