Suriyada işgəncələrə məruz qalaraq öldürülən məşhur fəalın cəsədi tapılıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriyada silahlı müxalifətin cəmi 12 günə devirdiyi Bəşər Əsəd rejiminin dəhşətli faktları ortaya çıxmaqda davam edir.
BAKU.WS xəbər verir ki, minlərlə suriyalının işgəncə nəticəsində öldüyü "Sednaya" həbsxanasındakı faktlar sözün əsl mənasında insanı dəhşətə gətirir.
Belə ki, siyasi məhbusların saxlanıldığı həbsxanadakı kütləvi məzarlıqda cəsədlərdən birinin məşhur suriyalı fəal Mazen Hamadiyə aid olduğu ortaya çıxıb.
Hamadi 2012-ci ilin martında rejimin əleyhinə etirazlarda iştirak etdiyi üçün həbs olunub və bir il yarım dəhşətli işgəncələrə məruz qalıb. O 2023-cü ildə azad olunub və Niderlanda gedərək başına gələnləri danışıb.
O ölkəsinə yenidən qayıdarkən gizli həbs olunub. Ailəsi ondan xəbər ala bilməyib. İllər sonra ötən gün onun "Sednaya" həbsxanasında ağır işgəncələrə məruz qalaraq öldüyü məlum olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















