Icma.az
close
up
RU
Suriyada münaqişə alovlandı: Terrorçular hökumətlə imzalanan müqaviləni niyə pozdular?

Suriyada münaqişə alovlandı: Terrorçular hökumətlə imzalanan müqaviləni niyə pozdular?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Suriyada döyüşlər yenidən alovlanıb. Hələbdə Suriya ordusu ilə kürd YPG terrorçuları arasında toqquşmalar başlayıb. Qanunsuz birləşmələr şəhərdəki təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum ediblər.

Xatırlatmaq yerinə düşər ki, hələ cari ilin mart ayında Suriya hökuməti ilə YPG arasında razılıq sənədi imzalanmış, bu sənəd ölkədə sülh və sabitliyi təmin etməyə, münaqişələrin qarşısını almağa yönəlmişdi. Bu razılaşma bölgədə illərlə davam edən münaqişənin həlli yolunda əhəmiyyətli addım idi. Maraqlıdır ki, bu hadisə PKK lideri Abdulla Öcalanın tərəfdarlarına təslim olmaq çağırışı etməsindən və PKK-nın özünü buraxacağı ilə bağlı yayılan xəbərlərdən sonra baş vermişdi. Nəticədə PKK da özünü buraxdı, YPG də hökumətlə kompromisə getdi. Lakin nəticəyə baxsaq, görərik ki, razılaşmanın tətbiqi prosesində, tərəflər arasındakı etimadda, mövcud silahlı qüvvələrin vəziyyəti ilə bağlı məsələlərdə mübahisələr var.

Son hadisələr bir neçə məsələni yenidən gündəmə gətirib: silahlı mübarizə niyə davam edir, həmçinin bu yeni qarşıdurma nəyə gətirib çıxaracaq?

YPG/PKK silahları təhvil vermişdisə, mübarizə niyə davam edir?

YPG razılaşma çərçivəsində müəyyən ərazilərdən çəkilmə və silahların dövlət nəzarətinə verilməsi haqqında razılığa gəlsə də, görünür, bu, bütün silahların və bütün qüvvələrin dərhal tərk-silah edilməsi ilə nəticələnməyib. Həmçinin razılaşmalar, adətən, tədricən icra olunur, yəni mərhələli şəkildə çıxış, silahların verilməsi kimi.

Bu baxımdan, tərəflər şəxsi maraqlarına və mövcudluğuna görə razılaşmanın parametrlərinə fərqli təfsirlər verə bilərlər. Məsələn, YPG yeni qarşıdurmalarda özünə haqq qazandırmaq üçün bəzi silahların təhlükəsizlik məqsədilə saxlanılmasını tələb edə bilər. Necə ki, son münaqişə bunun bariz nümunəsi oldu. Hökumət də YPG-nin hələ də silahlı fəaliyyətə qayıda biləcəyindən ehtiyatlanaraq, öz mövqeyini daha da gücləndirməkdə haqlı sayılır. Son münaqişə hökumətə bu mövzuda bilavasitə haqq qazandırır.

Bir sözlə, bu cür razılaşmalar çox vaxt təminat mexanizmlərinə ehtiyac duyur. Əgər bu mexanizmlər zəifdirsə, tərəflər razılaşmanı pozmağa əl atmaqdan çəkinmirlər. Ordu ilə terrorçular arasında alovlanan qarşıdurma bir daha göstərdi ki, YPG/PKK hələ də iddiasından əl çəkməyib. Silahların təhvil verilməsi və daha sonra yenidən silaha əl atmaq adaptiv prosesdir, yəni mövcud vəziyyətlə ayaqlaşmaqdan başqa bir şey deyil.

Yeni qarşıdurmanın gələcək proseslərə təsirləri və mümkün nəticələri nə ola bilər?

Bu növ yeniliklər həm regional, həm də geosiyasi dəyərləndirmə tələb edir. Çünki döyüşlər davam edəcəyi təqdirdə tərəflər arasındakı etimad daha da sarsılacaq və razılaşmanın tam icrası mümkün olmayacaq, hökumət və silahlı aktorlar arasında yeni qarşıdurma ocaqlarının yaranacağı an məsələsi olacaq. Ordu bu döyüşlərdə üstün tərəf olsa, terrorçuların mövqeləri zəifləyəcək və hökumət ərazilərdə nəzarəti gücləndirəcək. Terrorçu liderlər isə daha sərt mövqe tuta və beynəlxalq güclərlə əlaqələrini aktivləşdirə bilərlər. Bu da münaqişə mərhələsini daha da uzada və sərtləşdirə bilər. Bu baxımdan, ən real variant razılaşmaya sadiq qalmaqdır. Çünki bunun əksinin digər münaqişə ocaqları üçün də mənfi presedentlər yaradacağı istisna deyil.

Regional və beynəlxalq güclərin prosesə yanaşması

Türkiyə üçün əsas prioritet sərhəd boyunca PKK ilə əlaqəli silahlı strukturun möhkəmlənməsinin qarşısını almaqdır. Əgər YPG silahlı mübarizəni davam etdirərsə, Türkiyə haqlı olaraq bunu özünə qarşı təhlükə hesab etməkdə davam edə, yaxud siyasi‑diplomatik təzyiq üçün hərəkətə keçə bilər.

Bu həm də "Terrorsuz Türkiyə" prosesi çərçivəsində PKK ilə əldə edilən razılaşmanın ruhuna xələldir. Türkiyə PKK/YPG‑nin tam tərk-silahını tələb etməklə həm də ABŞ, Rusiya və İran kimi güclərə siqnal verir ki, bu qrupların arsenalı nəzarətsiz qalmamalıdır. Çünki YPG-nin bəzi silahları saxlaması gələcək təhdid və ya terror aktı üçün zəmin rolunu oynayır. Əks halda razılaşma aradan qalxacaq və digər bölgələrdə də müqavilə inamını zədələyəcək.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri