Icma.az
close
up
RU
Suriyada YENİ DÖNƏM Azərbaycan humanitar layihələrdə Türkiyə ilə birlikdə YER ALACAQ

Suriyada YENİ DÖNƏM Azərbaycan humanitar layihələrdə Türkiyə ilə birlikdə YER ALACAQ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Suriyanın devrilən Bəşər Əsəd rejimi həm də özünün ermənipərəstliyilə seçilirdi. Özünü İslam ölkəsi hesab etsə də, Əsədin dövründə rəsmi Dəməşq beynəlxalq tədbirlərdə belə Azərbaycanın deyil, Ermənistanın maraqlarından çıxış edib.
Əsəd rejimin ermənipərəst mövqeyi
Suriya dəfələrlə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxıb. Bu kontekstdə Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, İrəvana qarşı qəbul olunan sənədlərə qoşulmayıb.
Bundan başqa, Əsəd rejimi İrəvanla yaxın əlaqələr yaradıb. 90 mindən çox Suriya ermənisi Azərbaycanın vaxtilə işğalda olan ərazilərində yerləşdirilmişdi. Paşinyan bir neçə dəfə Əsədi seçkilərdə qələbə münasibətilə təbrik edib.
Habelə Ermənistan hərbçiləri minatəmizləmə adı altında Hələbdə xidmət ediblər. Bu yolla da Ermənistan hərbi kontingenti Əsədin dövründə Suriya ordusunun fəaliyyətinə dəstək verib.
Bütün bunlar onu göstərir ki, Əsəd rejiminin çökməsi Ermənistana da ciddi zərbədir. Bundan başqa, Əsədin siyasi səhnədən getməsi Hindistana, Fransaya da böyük zərbədir. Belə ki, Əsəd Kəşmir məsələsində Hindistanı dəstəkləyib, Makronun isə Əsədlə şəxsi münasibətləri və əlaqələri olub. Deməli, Suriyada yaranmış yeni situasiyada onlar da zərbə alacaqlar.
Suriyada yeni dönəm
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Hər iki lider bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə vurğulayıb.
“Bakı ilə Ankaranın birgə hərəkəti məhz bu zərurətdən irəli gəlir”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Bəşər Əsəd daima Ermənistanla münasibətlərə xüsusi önəm verib:
“Yaxın Şərqdə Suriyada baş verən proseslər kontekstində 2001-ci ildən başlayan tarixi era sona çatmaqdadır. Burada yaranacaq vəziyyət həm beynəlxalq hüquq, həm də regionun sosial-siyasi identivliyi və inklüzivliyi baxımından keyfiyyətcə tamamilə yeni eradır. Burada yeni münasibətlər sisteminin yaranacağı gözlənilir. Bu günlərdə Azərbaycan Prezidentinin Türkiyə Prezidentilə telefon danışığında da Suriyaya münasibətdə ortaq fəaliyyətin həyata keçirilməsi, bu ölkənin yenidən qurulmasında Bakı ilə Ankaranın birgə hərəkəti də məhz bu zərurətdən irəli gəlir.
Amma Suriya Azərbaycan münasibətlərinin keçmişi o qədər də xoş olmayıb. Bu ölkənin devrilmiş prezidenti Bəşər Əsəd daima Ermənistanla münasibətlərə xüsusi əhəmiyyət verib”.
Deputat qeyd edir ki, Əsəd beynəlxalq təşkilatlarda Ermənistana qarşı bir sıra qərarların qəbul edilməsinə qarşı çıxıb:
“Beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyilə bağlı məsələlər müzakirə olunanda Suriya ölkəmizin tərəfində olmayıb. Əsəd hakimiyyəti dünyanın digər yerlərində hüquqları pozulan müsəlmanların qorunmasında İslam Əməkdaşlıq Təşkilatının mövqeyindən çıxış etməyib. Əksinə, islamofob, ermənipərəst mərkəzlərin mövqeyindən çıxış edib.
Bəşər Əsəd bəzi qonşu ölkələrlə birlikdə Azərbaycana qarşı sinxron hərəkət edib, terrorizmi dəstəkləyib. O, habelə erməni hərbi qüvvələrinin fəaliyyət göstərməsi üçün Hələbdə xüsusi təminat məntəqələri yaradıb”.
Münasibətlərdə yeni mərhələ başlayır
Deputat düşünür ki, Suriyada baş verən proseslər Bakı ilə Dəməşq arasında münasibətlərdə də yeni mərhələ yaradacaq:
“Bu da ortaq dəyər və maraqlar üzərindən müəyyənləşən münasibətlər olacaq. Həmçinin, Azərbaycan və Suriya üçün yeni perspektivlər yaradacaq. Ermənilərin Azərbaycana qarşı silahlandırılması məsələsində də Bəşər Əsəd rejiminin əlaqəsi olub. İran üzərindən Ermənistana hərbi yüklərin daşınmasında da müəyyən mənada terror koridorundan istifadə edilirdi. Hətta bəzi mənbələrin məlumatına görə, vaxtilə Qarabağa yerləşdirilən livanlı terrorçuların bura gətirilməsi də Livan, Suriya, İran və Ermənistan xəttilə mümkün olub. Ona görə bütün bunların tarxin arxivinə göndərilməsi milli maraqlarımız baxımından olduqca mühümdür. Yeni Suriya ilə isə Azərbaycan yeni münasibətlər qurmağa hazırdır”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri