Icma.az
close
up
RU
Suriyada yeni güc balansı: Moskvanın potensial geri qayıdışı

Suriyada yeni güc balansı: Moskvanın potensial geri qayıdışı

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriya keçid hökumətinin Rusiyadan ölkənin cənub bölgələrində hərbi polis patrullarını bərpa etməsini istədiyi xəbəri, Yaxın Şərqdə yenidən formalaşan güc dinamikalarının fonunda diqqət çəkir.

“Kommersant”ın iddiasına görə, Dəməşqin bu addımı əsasən İsrailin son aylarda bölgədəki hərbi əməliyyatlarının qarşısını almağa yönəlib. Keçid hökumət hesab edir ki, Rusiya hərbi varlığı İsrailin hücumlarının intensivliyini azalda və müəyyən mənada çəkindirici rol oynaya bilər.

Suriya daxilində hakimiyyət dəyişikliyi ölkənin real idarəetmə imkanlarının məhdud olduğunu açıq şəkildə üzə çıxardı. Yeni rəhbərlik, ağır iqtisadi tənəzzül, dağıdılmış infrastruktur, parçalanmış əhali və zəif hərbi potensial kimi problemlərlə üz-üzədir. Əlavə olaraq, müxtəlif bölgələrdə mərkəzi hakimiyyətdən asılı olmayan silahlı və siyasi qruplar - xüsusilə Suriya Demokratik Qüvvələri və druz icması - ölkənin vahid idarəetmə sisteminə keçidini çətinləşdirir.

Bu zəiflik fonunda İsrailin hava hücumları yeni hökumətin müdafiə imkanlarını daha da məhdudlaşdırıb. Dəməşq anlayır ki, bir neçə cəbhədə eyni anda hərbi üstünlük əldə etmək real deyil. Buna görə də, Moskva ilə əlaqələrin aktivləşdirilməsi, hərbi balansı qismən olsa da, dəyişdirmək üçün məntiqli seçim kimi görünür. Rusiyanın bölgədə qalıcı hərbi infrastruktura - Tartus dəniz bazası və Hmeymim hava bazasına - sahib olması, onun təsir gücünü qorumağa imkan verir.

Moskva üçün də belə bir geri dönüş bir neçə strateji məqsədə xidmət edir: Aralıq dənizində mövqelərini gücləndirmək, ABŞ və Qərb qarşısında Yaxın Şərqdə nüfuzunu artırmaq, həm də İsrail ilə münasibətlərdə balanslı siyasət yürütməklə açıq hərbi qarşıdurmadan yayınmaq. Bu, Rusiyaya həm Təl-Əviv, həm də Dəməşq qarşısında manevr imkanı verir.

Türkiyə amili də önəmlidir. Ankara Suriyada müəyyən təsir imkanlarına malik olsa da, İsraillə mövcud gərginlik səbəbindən Dəməşqlə strateji yaxınlaşmada ehtiyatlı davranır. Türkiyə, ABŞ və NATO ilə əlaqələrini zədələmək istəmir, buna görə də Suriya siyasətində daha çox koordinasiyalı və məhdud addımlar atır.

ABŞ-nin son illərdə Yaxın Şərqdə hərbi mövcudluğunu qismən azaltması bölgədə strateji boşluqlar yaradıb. Bu boşluqları isə Rusiya kimi aktorlar öz təsir dairələrini genişləndirmək üçün fürsət kimi dəyərləndirirlər. Əgər Suriya keçid hökumətinin Rusiyaya müraciəti təsdiqlənərsə, bu, Moskvanın bölgədəki mövqelərini möhkəmləndirəcək və yeni güc balansının formalaşmasına səbəb olacaq.

Belə bir proses baş verərsə, İsrailin bölgədəki hərbi planları yenidən nəzərdən keçiriləcək, Türkiyə və ABŞ kimi əsas oyunçular isə yeni reallıqlara uyğun siyasətlərini yenidən tənzimləməyə çalışacaqlar. Nəticə etibarilə, Suriyada Rusiyanın hərbi-siyasi mövcudluğunun bərpası, təkcə regional deyil, həm də qlobal geosiyasi münasibətlərdə mühüm təsirlər doğura bilər.

Züriyə Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri