Suriyadakı Ələvi icmasından çağırış: Məzhəbçi ifadələr cinayət hesab edilməlidir
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Suriyada ələvilərə qarşı hücum olduğunu iddia edən videolar yayılandan və etirazların başlamasından sonra Homsdakı ələvi icması açıqlama verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hakimiyyəti son hadisələrin gedişatını izləməyə çağıran ələvi icması yeni administrasiyadan məzhəbçi ifadələrdən istifadəni cinayət hesab edən qərar çıxarmağa çağırıb.
Homs vilayətində Ələvi icmasının aparıcı qeyri-hökumət təşkilatları məzhəb şüarları və təxribat xarakterli çıxışları qəbul etmədiklərini açıqlayıblar.
Ələvilər hər kəsin bundan uzaq durması lazım olduğunu bildirib.
Bəyanatda “daxili sülhü qorumaq və hər cür media təxribatlarından qaçmaq” xəbərdarlığı edilib.
Orxan Saffari

Rusiya Suriyadakı vətəndaşlarına çağırış etdi
06 Dekabr 2024 17:23
Akardan Suriyadakı toqquşmalarla bağlı mühüm çağırış
02 Dekabr 2024 12:43
Hakan Fidan Suriyadakı münaqişələrlə bağlı çağırış ETDİ
16 İyul 2025 20:59
Onlar ələvi deyil: Suriya nüseyrilərini tanıyın!
10 Mart 2025 16:00

